Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azərbaycan və Ukrayna xarici işlər nazirləri arasında görüş keçirilib

Ukraynada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov həmkarı Konstantin Qrişşenko ilə görüşüb.

Görüşdə keçən ilin oktyabrında Kiyevdə keçirilən Azərbaycan-Ukrayna Prezidentlər Şurasının ikinci iclasında əldə olunmuş razılıqlar əsasında Azərbaycan-Ukrayna münasibətləri ilə bağlı geniş fikir mübadiləsi aparıb. 

Tərəflər enerji sahəsində dialoqun dinamik inkişafını qeyd edərək neft və sıxlaşdırılmış təbii qazın nəqli ilə bağlı ikitərəfli sənədlərin imzalanmasını buna misal kimi göstəriblər. Bildirilib ki, 2010-cu ilin 11 ayının nəticələrinə əsasən ticarət dövriyyəsinin həcmi 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə artaraq 1,4 milyard ABŞ dolları təşkil edib. Nazirlər nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsinə də toxunublar, Azərbaycanın “Vikinq” qarışıq daşımalar marşrutuna qoşulmaq perspektivinə nəzər yetiriblər.

Görüşdə beynəlxalq və regional əməkdaşlığa dair aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

E. Məmmədyarov Azərbaycan vətəndaşlarının Liviyadan təxliyyəsində edilən yardıma görə Ukrayna tərəfinə minnətdarlığını bildirib.

E. Məmmədyarov bu gün Ukrayna prezidenti Viktor Yanukoviç, baş nazir Nikolay Azarov, Ali Radanın sədri Vladimir Litvinlə görüşəcək və GUAM Xarici İşlər Nazirləri Şurasının 14-cü iclasında iştirak edəcək.

Azərbaycanın xarici işlər naziri daha sonra Yunanıstana bir günlük səfərə gedəcək.






24 Fevral, 2011  14:55 Baxılıb: 1418 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner