Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Osmanlıya ən geniş sərhədlər qazandıran sultan

Sultan III Muradın vəfat günüdür

Osmanlı sultanı III Murad II Sultan Səlimin oğludur. 1546-cı ildə Manisanın Bozdağ yaylağında anadan olub. Osmanlı sultanlarının on ikincisi və islam xəlifələrinin yetmiş yeddincisidir. 15 dekabr 1574-cü ildə atasının vəfatından sonra Manisadan İstanbula gələrək, 1574-cü ildə 22 dekabrında Osmanlı taxtına çıxıb. 1575-ci ildə Venesiya, 1576-cı ildə Səfəvi və 1577-ci ildə də Avstriya ilə köhnə sülh andlaşmalarını yeniləyib. 1578-ci ildə Osmanlı torpaqlarındakı dağıdıcı və bölücü fəaliyyətləri səbəbindən İrana səfər edib. Bu səfər əsnasında, xüsusilə, Özdəmiroğlu Osman Paşa İran qüvvələrini məğlubiyyətə uğradıb. Azərbaycan, Tiflis, Nihavənd və Həmədan bölgələri Osmanlı hakimiyyətinə qatılıb. Bu sırada portuqaliyalılar Osmanlı himayəsi altında olan Mərakeşə böyük qüvvələrlə hücum ediblər. Portuqaliya ordusunu qarşılamaq vəzifəsi Divanı Sultan tərəfindən Ramazan Paşaya verilib. Ramazan Paşa Vadis Seyl düzənliyində Portuqaliya ordusunu böyük bir məğrubiyyətə uğradıb. Portuqaliyaların ölüləri arasında kralları, böyük zadəganları və dövlət adamları da vardı. Bu zəfərin ardından Rəvan fəth edilib.

Sultanın dövründə İranla 1590-cı ildə İstanbulda sülh andlaşması imzalanıb. Muradın hakimiyyəti zamanı Osmanlı torpaqlarının böyüklüyü 19.902.000 km kvadrata qədər böyüyüb. Osmanlı dövləti ən geniş əraziyə bu dövrdə sahib olub. 1592-ci ildə Osmanlı Dövləti ilə Avstriya arasındakı andlaşma pozuldu və nəticədə Avstriya ilə on üç il davam edən savaş başlanıb. Müharibə davam edərkən 1595-ci il yanvarın 16-da Sultan III Murad infakt keçirərək vəfat edib. Onun qəbri Ayasofya məscidininin həyətindədir.

Turanə İbrahimi






16 Yanvar, 2014  09:00 Baxılıb: 1045 Çap

Bu bölmədə


XƏBƏR LENTİ









10 İyul, 2020  13:32

10 İyul, 2020  11:16

9 İyul, 2020  10:09
















6 İyul, 2020  16:48







2 İyul, 2020  16:06













29 İyun, 2020  15:17



sagbanner