Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Qənirə Paşayevadan abidə təklifi

Millət vəkili İzmir bələdiyyəsi tərəfindən Xocalı soyqırımının rəsmi tanınmasını istəyib

“Çox istəyərdik ki, gələn ilin fevral ayına qədər İzmirin mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılsın və soyqırımın 20-ci ildönümündə anım tədbirlərini də birlikdə orada keçirək”. 

Lent.az-ın verdiyi məlumata görə, bu təklifi millət vəkili Qənirə Paşayeva Türkiyənin ən böyük şəhərlərindən biri olan İzmirdə Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı səsləndirib.

Qənirə Paşayeva deyib ki, Sparta bələdiyyəsinin sədri Yusuf Ziya Gunaydın onun Xocalı Soyqırımı qurbanlarına xatirəsinə bu şəhərdə abidə qoyulması təklifini müsbət qarşılayıb və yaxın zamanlarda Spartanın mərkəzində bu abidə qoyulacaq: “Biz çox istəyərdik ki, Sparta bələdiyyəsinin bu qərarına Bakı ilə qardaşlaşmış şəhər olan İzmir də qoşulsun. Bu, böyüyən gənc nəsillərin tariximizi daha yaxından bilməsi və ona daha çox sahib çıxması üçün də vacib və əhəmiyyətlidir”.

Millət vəkili İzmir bələdiyyəsi tərəfindən Xocalı soyqırımının rəsmi tanınmasını da təklif edib.

Qənirə Paşayeva bildirib ki, Ermənistanın Azərbaycanlılara qarşı törətdiyi soyqırımın bütün dünyaya çatdırılması və tanıdılması istiqamətində harada yaşamasından asılı olmayaraq bütün türklər, Türk Dünyası Azərbaycanla birgə çalışmalı və səylərini daha artırmalıdırlar: “Xocalı soyqırımı Türklərə qarşı törədilmiş bir soyqırım olaraq bütün Türk dünyasının problemidir. Bu soyqırımı törədənlərin öz layiqli cəzalarını alması, dünyanın bu soyqırımı pisləməsi və tanıması istiqamətində bütün Türk Dünyasının fəal iş aparması lazımdır. Harada yaşamasından asılı olmayaraq, özünə hörməti edən heç bir Türk, heç bir türk toplumu və dövləti Ermənistanla əməkdaşlıq etməməlidir”.

Qənirə Paşayeva türk gəncliyini Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində və qondarma “erməni soyqırımı” yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb.






24 Fevral, 2011  13:57 Baxılıb: 1419 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner