Meksikanın məşhur Akapulko kurortunda 8 nəfərin cəsədi tapılıb. Bu barədə ölkənin Herrero ştatının İctimai təhlükəsizlik nazirliyi bəyan edib.
Cəsədlərdən birinin yanında içində narkokartellərlə mübarizədə iştirak edən Meksika ordusunun əsgərlərinin ünvanına hədə-qorxu yazılmış məktub tapılıb.
Bu cinayətlər Akapulkoda keçirilən tennis turniri ilə əlaqədar yerli hökumət tərəfindən təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə baxmayaraq həyata keçirilib.