Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Qəddafi Liviyanın şərqində nəzarəti itirdi

Müəmmər Qəddafi tərəfdarlarını anti-hökumət nümayişçilərə hücum etməyə çağırdıqdan sonra Liviya paytaxtı Tripolidə şahidlər küçələrin boşaldığını deyirlər.

Simsar.az xəbər portalı "Amerikanın səsi"nə istinadən bildirir ki, şahidlər xarici xəbər agentliklərinə bildiriblər ki, Qəddafi loyalistləri və Afrikanın başqa ölkələrindən gətirilmiş muzdlular paytaxtı dolaşır və qrup halında toplaşan adamlara atəş açırlar.  Dünən üsyan başlanandan bəri televiziya ilə ilk çıxışında Qəddafi hakimiyyətdə qalacağını bəyan etmiş və tərəfdarlarını “terrorçu” kimi qələmə verdiyi müxalifətçilərə qarşı döyüşməyə çağırmışdır.  O, hökumətə qarşı silaha sarılan və ya casusluqla məşğul olan hər kəsin edam olunacağını bildirib.

Artan sayda faktlar göstərir ki, Müəmmər Qəddafi ölkənin şərqinə nəzarəti itirib.  Hərbi birləşmələr müxalifətin tərəfinə keçdikdən sonra Benqazi və Tobruk şəhərlərində nümayişçilər nəzarəti ələ alıb.  Dünən şəhər sakinləri küçələrdə Qəddafi üzərində qələbələrini bayram ediblər.

İtaliya xarici işlər naziri Franko Frattini deyir ki, etibarlı mənbələrə əsasən Liviyada ölənlərin sayı 1000-ə yaxındır.  O, həmçinin təsdiq edib ki, Kirenaika adlanan şərq bölgələri Qəddafinin nəzarətindən çıxıb.






24 Fevral, 2011  13:29 Baxılıb: 1570 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner