Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

VİRTUAL AZƏRBAYCANLI REALDA OLSA…

“Facebook”da aktiv olan tanınmışlar sosial şəbəkələrin mahiyyətini açır

David D. Kirkpatrick və David E.Sanger “New York Times” qəzetindəki məqalələrində yazırlar ki, cəmi iki il ərzində “Facebook” şəbəkəsi ərəb dünyasında yaxşı inteqrasiya olunmuş gənclər hərəkatının yaranmasına səbəb oldu. Misir və Tunis inqilabının aparıcı qüvvəsi xalq olsa da, onların əsas əsas silahı məhz sosial şəbəkələrdi.  

Hətta Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama tanınmış sosial şəbəkə rəhbərləri ilə qapalı görüş keçirərək, bundan sonra da sosial şəbəklərin inkişafı üçün dövlətin milyardlarla pul ayıracağına söz verib.

“Facebook” ölkələr üzrə rəsmi statistikasını açıqlayıb. Azərbaycan bu hesabatda 203720 istifadəçisi ilə 212 ölkə arasında 97-ci yerdə qərarlaşıb. Facebook”, “Odnoklassniki” və digər social şəbəkələr Azərbaycanda da möhkəm kök salıb.

Sosial şəbəkələrdən istifadə edən və öz sahəsində peşəkar olan insanlarla, həmçinin gənclərlə sosial şəbəklərin real hadisələrə təsirindən danışdıq. Virtual dünyada olan azərbaycanlılar real şəraitdə baş verən hadisələrə, ictimai-siyasi proseslərə təsir göstərə bilərmi?

“Əlindən alıb, özününkü edəcək”

Şair, dramaturq, publisist Vaqif Səmədoğlu hər bir halda şəbəkələrdə baş tutan cəhdləri puç hesab edir:

-Nəyəsə nail olsalar da, kimlərsə o nailiyyəti onların əlindən alacaq, özlərininki edəcəklər.

“Sosial şəbəkələrdəki çağırışlar toplanmış enerjinin dağıdılmasına yardımçı ola bilər”

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı sosial şəbəkələrin insan beynində inqilab yaratmasına inanmır:

- Sosial şəbəkələrlə real həyatın gerçəkliklərinin arasında uçurumlar var. Bəzən adi bir hadisə inqilablara səbəbə olur. Tunisdəki göysatanın timsalında bunu gördük. Amma Tunisdəki göysatanın özünü yandırmasından bəri Azərbaycanda onlarla adam özünü yandırıb. Bir şey də olmayıb. İnanmıram ki, sosial şəbəkələrdəki çağırışlarla inqilab başlasın. Əksinə, bu tip çağırışlar toplanmış enerjinin dağıdılmasına və sönməsinə yardımçı ola bilər.

“Komputer arxasında oturub gözəl sözlər yazmaq asandır, nəinki onu reallıqda həyata keçirmək”

“Var.az” saytının redaktoru Aynur Elgünəş hesab edir ki, insanların çoxu sosial şəbəkələrdə vaxt itirir:

- Bizimkilər pafosu sevir. Kompüter arxasında oturub gözəl sözlər yazmaq asandır, nəinki onu reallıqda həyata keçirmək.

“Gənclərin əksəriyyəti bəyənat verməklə kifayətlənir”

“Facebook” istifadaçisi Azər Ismayılov təşkilatlanmağın üstünlüyünü önə çəkir:

- Məncə bizim gənclərin əksəriyyəti bəyənat verməklə kifayətlənir. Təşkilatçılıq olsa, hamı bir nöqtəyə vursa, xəyanətkar, satqın olmasa, hər şey mümkündü. Real vəziyyət isə əksini göstərir.

“Şəbəkələrdə inqilabi ruhda çıxış edənlər həyatda dəyişiklik etməyə qadir deyillər”

“Bütöv Azərbaycan” qəzetinin muxbiri Şəhla Feyruz hesab edir ki, internet bir çox eyni düşünən insanları birləşdirsə də, bu, hansısa dəyişikliyə səbəb deyil:

-Sosial şəbəkələrdə insanların həm ideoloji, həm məqsəd və əqidə cəhətdən birləşməsinə bir növ yardımçı rolunu oynayır. Sosial şəbəkələrdə inqilabi ruhda çıxış edən gənclər hələki həyatda heç bir dəyişiklik etməyə qadir deyillər.

“Bu cür şəbəkələr etirazlar üçün yaradılıb”

“Azadlıq” qəzetinin müxbiri Ramin Deko düşünür ki, inqilablar, aksiyalar üçün ən əlverişli ünvan məhz sosial şəbəkələrdi:

-Sosial şəbəkələr real mübarizədən öncəki prosesi ertələyir.Tunis və Misir faktoru göz önündədir. Hər iki ölkədə diktatorların devrilməsi sosial şəbəkələrdən baş verib. Azərbaycanda da bu ola bilər. İşartılar var artıq. Sosial şəbəkələr inqilablar, aksiyalar, nümayişlər üçün əlverişli bir ünvandır. Bu cür şəbəkələr etirazlar üçün yaradılıb və bu qaçılmazdır ki, insanlar, hətta qorxaqlar öz etirazlarını burada bildirsinlər.

“Misirdəki inqilab sosial şəbəkələrdə başladı”

Fəal “Facebook” istifadəçisi, yazar Güntay Gəncalp internetin təsir gücünün yüksək olduğu fikrindədir :

- Misirdəki inqilab sosial şəbəkələrdə başladı. Bəlkə daha gəlişmiş ölkələrdə etirazlar üçün gələcəkdə küçələrə çıxmağa gərək qalmayacaq.

Azərbaycanlılar sanal aləmin imkanlarından sosial hərəkət yarada bilərlər. Misirdəki devrim internetdən başladı.

“Ağıllı hökümət sosial şəbəkələri bağlamaz”

“Turan” İnformasiya Agentliyinin foto müxbiri Turxan Qarışqa sosial şəbəklərin köklü dəyişiklik yarada bilməsindən danışır:

-Virtual dünya sosial dünyaya təsir edir. Bu, baş verərsə Azərbaycanda çox şey dəyişə bilər. Şəffaf, demokratik hökümətlər heç zaman sosial şəbəkəyə senzura tətbiq etmir.

“Qığılcımlar “facebook”dan başladı”

Gənclərin Mənəvi İnkişafı İB-nin idarə heyətinin üzvü Ramil Rüstəmov inqilabların ilk qığılcımının məhz elə internet dünyasında başlandığı qənaətindədir:

-Son günlərdə ərəb dünyasında baş verən hadisələr buna bariz nümunədir. Sosial şəbəkələrin insanların vahid səs olmalarına təsiri də açıqca görünür. Ərəb ölkələrində baş verən inqilabların ilk qığılcımı da elə “Facebook” sosial şəbəkəsində yaranan kiçik qruplardan başlamışdı. Bundan da məqsədəuygun şəkildə istifadə olunmalıdır, əks təqdirdə vaxt itkisinə səbəb olar.


“Facebook”da gördüklərindən mənə dəstək olmaq üçün oraya gəliblər”

“Yeni Müsavat” qəzetinin reportyoru Elmin Bədəlov özünün başına gələn hadisədən çıxış edərək, sosial şəbəklərin inqilab yaratmasına inanır:

-Sosial şəbəkələrdə ictimai və siyasi həyatdakı problemləri müzakirə edənlərin real həyatda da nəyəsə təsir etmək imkanları var. Təbii ki, bu onların hamısına şamil edilmir. Ancaq mən öz praktikamdan deyə bilərəm ki, Neft Akademiyasından xaric olunduğum vaxtlarda ADNA-nın qarşısında aksiya edəcəkdim. Bir gün qabaqcadan “Facebook”da bu barədə yazmışdım. Aksiya günü 20-dən çox gənc ora toplaşmışdı. Heç mən onları tanımırdım. Ancaq özləri dedilər ki, sosial şəbəkələrdə mübarizə aparanlar real həyatda bunu edə bilməsini göstərmək üçün burdayıq.

“Sosial şəbəkələrin proseslərə təsir göstərə biləcəyinə inamım böyük deyil”

Araşdırmaçı-jurnalist Nicat Daglar deyir ki, böyük əksəriyyət internetdən tanışlıq üçün istifadə edir:

-Virtual aləmdə əlaqə qurmuş insanların real həyatda birləşib hansısa prosesə təsir göstərə biləcəyinə inamım böyük deyil. Bununla belə, konkret olaraq, “Facebook”da hansısa çağırışın siyasi proseslərə təsir edə biləcəyini də istisna etmək olmaz. Amma reallıq budur ki, azərbaycanlıların böyük əksəriyyəti sosial şəbəkələrə yalnız tanışlıq məqsədilə qoşulurlar.

Aynurə Həsənova






23 Fevral, 2011  21:16 Baxılıb: 1751 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner