Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

KORPUS KOMANDİRİNİN CƏZALANDIRILMASI ORDUDAKI VƏZİYYƏTƏ MÜSBƏT TƏSİR GÖSTƏRƏCƏK?

Ekspertlərdən biri “hə”, digəri “yox” deyir

Ali Baş Komandan İlham Əliyevin qərarı ilə Şəmkir korpusunun komandiri Çingiz Şəfiyev tutduğu vəzifədən azad edilməklə yanaşı rütbəsi general-mayordan polkovnikə endirilib. 

Ç.Şəfiyevin komandirliyi dövründə Şəmkir korpusunda bir neçə dəfə faciəli hadisələr baş verib.
2009-cu ilin mayında Seyfəli poliqonunda əsgər üç hərbçini güllələyib. 2010-cu ilin yanvarında isə Daşkəsəndə iki əsgər dörd hərbçini öldürüb.
Son insident zamanı- fevralın 20-də daha 7 əsgər faciəli şəkildə dünyasını dəyişdi. Yalnız bundan sonra korpus komandiri cəzalandırıldı.

Hərbi ekspertlər daha öncələr Ç.Şəfiyevin cəzalandırılmasını ölkə rəhbərliyindən xahiş etsələr də nəticəsi olmayıb.

Korpus komandirinin cəzalandırılması Şəmkir korpusunda hansı dəyişikliklərə gətirib çıxaracaq? Bu cəzalanma digər korpus komandirləri üçün dərs olacaqmı?

Ehtiyatda və İstefada olan Zabitlər Birliyinin sədri Yaşar Cəfərlinin sözlərinə görə, Ç.Şəfiyevin yüksəlməsində onun müdafiə naziri ilə qohumluq əlaqələrinin böyük rolu olub.

«Yıxılana balta çalmaq kimi çıxmasın, Çingiz Şəfiyevin cəzalandırılması gecikmiş addımdır. O, vaxtında cəzalandırılsaydı, Toqana hadisəsi baş verməzdi. Ümumiyyətlə, Çingiz Şəfiyev haqqında ictimaiyyətdə korrupsioner, rüşvətxor imici formalaşıb».

Y.Cəfərli Şəmkir korpusunda yuxarı və aşağı postlara əsgər paylaşdırılmasının rüşvət və tapşırıqla həyata keçirildiyinə dair məlumatlar olduğunu bildirir: «İmkansızlar yuxarı postlarda qulluq ediblər, imkanlılar aşağıda qalıblar. Bizim təşkilata zəng edib deyirlər ki, yuxarı postlarda xidmət edənlərlə aşağıdakılar yerləri dəyişdirlsə ondan sonra hansı həngamənin qopacağının şahidi olarsız.
Konkret şəxsləri cəzalandırılmaqla məqsədə çatmaq mümkün deyil. Kompleks tədbirlər planı hazırlanıb həyata keçirilməlidir».

Hərbi ekspert Mehdi Mehdiyev isə əksini düşünür. Onun fikrincə, Şəmkir Korpusunda nöqsanlarla yanaşı, islahatlar da aparılıb: «Çingiz Şəfiyev prezidentin qərarı ilə cəzalandırılıb. Toqanada baş verən qanlı faciə ilə bağlı araşdırmalar hələ davam edir. Nəticələr barədə məlumat verilmir. Proses getdikcə günahkarlar cəzalandırılacaq».

M.Mehdiyev deyir ki, prezidentin qərarı digər hərbi korpusların rəhbərliyinin də məsuliyyətini artıracaq.

RUSLAN






23 Fevral, 2011  18:43 Baxılıb: 7519 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner