Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Biznesmen Kosova prezidenti oldu

Kosova Uğrunda Alyans Partiyasının sədri, biznesmen Becet Pakolli Kosovanın prezidenti seçilib.

Simsar.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, parlamentdə keçirilən səsvermənin ilk iki turunda prezidentliyə yeganə namizəd olan Becet Pakolli tələb olunan 2/3 səs çoxluğunu qazana bilməyib və üçüncü turda sadə səs çoxluğu ilə seçilib. 

Səsvermədə 120 deputatdan 67-si iştirak edib, müxalifət təmsilçiləri ilə zalı tərk ediblər. Becet Pakolli 62 səslə prezident seçilib.

Qeyd edək ki, parlament seçkilərində hazırkı baş nazir Haşim Taçinin rəhbərlik etdiyi Demokrat Partiyası qalib gəlib. Ancaq Haşim Taçi digər partiyalarla hökumət koalisiyası formalaşdıra bilməyib. Kosova Uğrunda Alyans Partiyası isə rəhbərinin ölkə prezidenti seçilməsi şərti ilə koalisiyaya daxil olmağa razılaşıb.

Parlamentdə Haşim Taçinin formalaşdırdığı yeni hökumətlə bağlı da səsvermə keçirilib. 65 deputat səs verib və yeni hökumət fəaliyyətə başlayıb.

Qeyd edək ki, Azərbaycan Kosovanın müstəqilliyini tanımayıb.






23 Fevral, 2011  15:54 Baxılıb: 1548 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner