Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Əcnəbilərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətləri qanunla tənzimlənir

Dövlət Miqrasiya Xidmətindən (DMX) bildirmişlər ki, mövcud qanunvericiliyə görə, viza əsasında Azərbaycana gələn əcnəbinin respublikamızda müvəqqəti olma müddəti vizada göstərilən ölkədə qalma müddəti ilə müəyyən edilir.

Viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbinin ölkədə müvəqqəti olma müddəti 90 gündən artıq ola bilməz. Bu müddət bitdikdən sonra əcnəbinin Azərbaycanda müvəqqəti olma müddəti uzadılmamışdırsa, ona respublikamızda müvəqqəti yaşamağa icazə verilməmişdirsə və ya belə icazə verilməsi üçün ondan ərizə qəbul edilməmişdirsə, o, ölkə ərazisini tərk etməlidir.

Azərbaycan ərazisində 30 günədək yaşamaq istəyən əcnəbi yataqxanaya, mehmanxanaya, sanatoriyaya, istirahət evinə, pansionata, kempinqə, turist bazasına, xəstəxanaya və ya digər ictimai yerlərə, başqa yaşayış sahəsinə gəldikdə dərhal xüsusi ərizə-anket dolduraraq, həmin yerin müdiriyyətinə və yaxud yaşayış sahəsinin sahibinə və ya istifadəçisinə verir. Müdiriyyət və ya başqa yaşayış sahəsinin sahibi, yaxud istifadəçisi isə öz növbəsində həmin sənədləri 24 saat ərzində Daxili İşlər Nazirliyinin yerli qurumuna təqdim edir.

Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbi yaşayış yeri üzrə qeydiyyata alınmalıdır. Bunun üçün həmin əcnəbi yaşayış yerinə gəldiyi vaxtdan 3 gün ərzində (bazar və iş günü hesab edilməyən bayram günləri istisna olmaqla) Daxili İşlər Nazirliyinin yerli qurumuna müraciət etməlidir. Bu zaman əcnəbiyə müvafiq vəsiqə təqdim olunur.






23 Fevral, 2011  14:22 Baxılıb: 934 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




22 Yanvar, 2020  15:11

22 Yanvar, 2020  13:24


22 Yanvar, 2020  12:05






21 Yanvar, 2020  14:54

21 Yanvar, 2020  13:21


21 Yanvar, 2020  11:31

21 Yanvar, 2020  11:17

21 Yanvar, 2020  10:39

20 Yanvar, 2020  09:57




18 Yanvar, 2020  12:08





17 Yanvar, 2020  16:15

17 Yanvar, 2020  15:22




17 Yanvar, 2020  13:51


17 Yanvar, 2020  11:02

17 Yanvar, 2020  10:35









16 Yanvar, 2020  09:21

15 Yanvar, 2020  17:38




sagbanner