Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Qəddafi ailəsində türk düşmənçiliyin səbəbi nədir?

Liviya üsyançılarının dalğalandırdığı aypara-ulduz və qırmızı zolağı olan və Türkiyə bayrağına çox oxşayan bayraq bütün dünya ekspertlərinin diqqətini çəkib.

Liviya hökumətinin Türk düşmənçiliyinin mahiyyətini anlamaq üçün tarixə kiçik ekskursiya etmək lazımdır.

İtaliyanın Osmanlı İmperatorluğunun son dövründə işğal etdiyi Liviyadakı qiyamı, Mustafa Kamal Atatürk və yoldaşlarının Tobrukda italiyalılar üzərində qələbəsini təmin edən ərəb tayfaları çıxardı. Eyni tayfalar, Osmanlının Trablusgarp adını verdiyi günümüz Libyasından çəkilməsi sonrasında tarixə əfsanəvi mübarizəsiylə keçən Ömər Muxtarın da arxasında iştirak etdi.

SalamNews-un “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, Tobruk və Dernedə əvvəl Atatürk, sonra Muxtarla birlikdə döyüşən tayfalar, indi yenə eyni şəhərlərdə Qəddafiyə üsyan bayrağını açdı. Entoni Kuinin məşhur ‘Səhra Aslanı' filminin qəhrəmanı kimi də canlandırılmış Ömər Muxtar, pusquya salınaraq italiyalıar tərəfindən edam edilmişdi.

1951-ci ildə Benqazi bölgəsinin tayfa liderlərindən olan Şeyx İdris ölkəyə müstəqillik qazandırıb. Benqazi, Tobruk və Derne bölgəsində yaşayan tayfalar indi Qaddafinin 1969-da devirdiyi (çevriliş vaxtı özü Türkiyədə müalicədə idi) ilk kralları İdrisin intiqamını alırlar.

Çevrilişə qədərki Liviya bayrağını gündəmə gətirən üsyançılar sanki 1983-cü ildə Qahirədə vəfat etmiş Şeyx İdrisin qisasını alır və Qəddafi hökumətini İtaliya işğalı ilə eyni tuturlar.

Bununla bağlı olaraq, yaxın günlərdə diktatorun oğlu Seyf əl-İslam Qəddafi bəyan edib ki, onun ailəsi ölkəni italiyalı və türklərə verməyəcək.

Bununla yanaşı qeyd edək ki, Qəddafi ailəsi İtaliyanın nüfuzlu dairələri ilə sıx əlaqələrə malikdir. Turininn məşhur futbol klubu “Yuventus”un səhmlərinin7,5%-i Qəddafi ailəsinə məxsusdur.






23 Fevral, 2011  00:42 Baxılıb: 1625 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner