Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Yol-nəqliyyat hadisələrində piyadalar daha çox zərər çəkmişlər

Xəzər rayonunda Bakı şəhər sakini Nadir Əliyev idarə etdiyi “Hyundai-Getz” markalı avtomaşınla Buzovna qəsəbə sakini Mehman Qasımovu vurmuşdur.

Qəzada xəsarət almış piyada xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmamışdır.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Nərimanov rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Ruslan İbayev idarə etdiyi “Mercedes” markalı avtomaşınla 40-45 yaşlı qadını vurmuş, piyada hadisə yerində ölmüşdür.

Hadisə ilə əlaqədar Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Nizami rayonunun Q.Qarayev prospektində Bakı şəhər sakini Firdovsi Hacıyev idarə etdiyi “Daewoo” markalı avtobusla Zaqatala rayon sakini Mövlud Qarayevi vurmuşdur. Yol qəzası zamanı M.Qarayev hadisə yerində dünyasını dəyişmişdir.

Faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Nizami rayonunun Q.Qarayev prospektində naməlum avtomaşınla Bakı şəhər sakini Mövsüm Hüseynov vurulmuşdur.

Nəticədə xəsarət almış M.Hüseynova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır.

Faktla əlaqədar Nizami Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Biləcəri qəsəbəsində naməlum avtomaşınla qəsəbə sakini Ruxsarə İbadova vurulmuşdur.

Xəsarət almış R.İbadovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.






23 Fevral, 2011  00:06 Baxılıb: 1622 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner