Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Azərbaycanda hərbi hissədə baş verən insidentlə bağlı korpus komandiri vəzifəsindən azad edilib

Çingiz Şəfiyev vəzifəsindən azad edilib və yerinə Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov təyin olunub.

Azərbaycanın hərbi hissələrindən birində bu günlərdə yeddi əsgərin ölümü ilə nəticələnən insidentlə bağlı təhqiqat aparıldıqdan sonra Prezident, Ali Baş Komandan İlham Əliyevin qərarı ilə Şəmkir korpusunun komandiri Çingiz Şəfiyev tutduğu vəzifədən azad edilib. Bu barədə çərşənbə axşamı Trend-ə hərbi mənbədən məlumat verilib.

Şəfiyev, həmçinin general-mayor rütbəsindən bir pillə aşağı endirilib.

Onun yerinə Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov təyin edilib.

Fevralın 20-də saat 09:40 radələrində Müdafiə Nazirliyinin hərbi hissələrindən birində ölümlə nəticələnən ağır cinayət hadisəsi baş verib.

Hadisə zamanı 7 əsgər - Quliyev Naib Fəxrəddin oğlu (1992-ci il təvəllüdlü, 2010-cu ilin aprelində Beyləqan rayon Hərbi Komissarlığından (RHK) hərbi xidmətə çağırılıb), Cavadzadə Cavid Vəkil oğlu (1991-ci il təvəllüdlü, ötən ilin yanvarında Mingəçevir şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb), Suanverdiyev Nurlan Radfel oğlu (1991-ci il təvəllüdlü, ötən ilin aprelində Ağdam RHK-dan hərbi xidmətə çağırılıb), Xocberov Ramazan Abdulla oğlu (1992-ci il təvəllüdlü, ötən ilin aprelində Balakən RHK-dan hərbi xidmətə çağırılıb), Kərimov Əfqan Yaşar oğlu (1991-ci il təvəllüdlü, 2009-cu ilin oktyabrında Balakən RHK-dan hərbi xidmətə çağırılıb), Hüseynov Əhməd Əhmədalı oğlu (1992-ci il təvəllüdlü, ötən ilin yanvarında Ağcabədi RHK-dan hərbi xidmətə çağırılıb) və Quliyev Zakir Etibar oğlu (1991-ci il təvəllüdlü, ötən ilin yanvarında Bakının Yasamal RHK-dan hərbi xidmətə çağırılıb) dünyalarını dəyişiblər.

Faktla bağlı Cinayət Məcəlləsinin iki və ya daha çox şəxsi qəsdən öldürmə (120.2.7) maddəsi ilə cinayət işi başlanıb.






22 Fevral, 2011  23:30 Baxılıb: 4442 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner