Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Gömrük Komitəsinin 11 sabiq əməkdaşı həbs olundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Gömrük Komitəsinin (DGK)11 əməkdaşının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Hakim Azər Orucovun sədrlik etdiyi prosesdə zamində olan təqsirləndirilən şəxslərin barəsində həbs-qətimkan tədbiri seçilib və onlar məhkəmə zalında həbs olunublar. Proses fevralın 25-də davam etdiriləcək. 

Qeyd edək ki, Bakı Baş Gömrük İdarəsinin Yük şöbəsinin inspektoru vəzifəsində işləyən Müseyib Əzizov, Mirələm İsmayılov, DGK “Azərterminalkompleks” Təsərrüfat Hesablı Xarici İqtisadi Birliyinin Bakı şöbəsində kompüter operatoru vəzifəsində işləyən İsmayıl Əhmədov, Natiq Quliyev və qeyrilərindən ibarət qrup bəzi şəxslərlə qabaqcadan əlbir olaraq vergiləri ödəməkdən yayınmaq məqsədilə əlavə dəyər vergisi borcunu əvəzləşdirmək üçün qanunsuz hərəkətlər edib.

Onlar dəfələrlə rüşvət alaraq “Aqrolizinq” ASC-yə avtomobil vasitəsi ilə “soyuducu avadanlıqlarda istifadə olunan kompressorlar”ın daxil olmasını göstərən yük gömrük bəyannamələrini, “Elektrikquraşdırma” müəssisəsinin guya Rusiyada yerləşən “Enerqomaşstroy” MMC-dən, eləcə də “Samur-Abşeron Su Tikinti” Törəmə müəssisəsinin guya Rusiyada yerləşən “Torqovıy Dom TMK”ASC-dən dəmir yolu nəqliyyatı ilə qara metaldan məmulatlar, qara metallardan metal konstruksiyalar və digər inşaat materiallarının idxal olunması barədə yük gömrük bəyannamələrini saxta tərtib edərək vəzifə saxtakarlığı ediblər.

İ. Əhmədov, N. Quliyev, M. Əzizov, M. İsmayılov və qeyriləri Cinayət Məcəlləsinin 311.2, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma, vəzifə saxtakarlığı) ittiham olunurlar. Təqsirləndirilən şəxslərin barəsindəki cinayət işinin ibtidai istintaqı DGK-nin istintaq idarəsində aparılıb və tərtib olunmuş ittiham aktı Respublika Prokurorluğuna göndərilib.






22 Fevral, 2011  22:12 Baxılıb: 1034 Çap

Bu bölmədə

14 İyul, 2020
Bakıda oğurluq

XƏBƏR LENTİ
30 İyul, 2020  10:12



28 İyul, 2020  10:55





24 İyul, 2020  14:57




23 İyul, 2020  17:42



23 İyul, 2020  14:52



23 İyul, 2020  09:12

23 İyul, 2020  09:07










22 İyul, 2020  10:17

21 İyul, 2020  16:43







21 İyul, 2020  10:06













sagbanner