Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İSGƏNDƏR HƏMİDOV ÇİNGİZ QƏNİZADƏNİ ŞAHMAT OYNAMAĞA DƏVƏT ETDİ

«Mən nazir olanda Qənizadə paltomu tutmağı, ayaqqabılarımı cütləməyi özünə şərəf bilirdi»

Milli Məclisin deputatı Qalib Salahzadənin 1992-ci ildə həbsilə bağlı keçmiş daxili işlər naziri İsgəndər Həmidovla sabiq Bakı Şəhər Prokuroru Çingiz Qənizadə arasında qarşılıqlı ittihamlar 
davam edir. Ç.Qənizadənin İ.Həmidova yazdığı açıq məktubda sonuncu ciddi tənqid olunub.
Dünən İ.Həmidov Ç.Qənizadənin onun ünvanına səsləndirdiyi ittihamlara cavab verib.

«Nə tez ağıllandın?»

Ç.Qənizadənin açıq məktubunun qərəzli ittihamlarla dolu olduğunu deyən İ.Həmidov deputatın ona qarşı sifariş yerinə yetirdiyini düşünür: «Çingiz Qənizadə bircə onu düz deyir ki, mən İlham Əliyevin əleyhinə danışmışam. Məgər İlham Əliyevin əleyhinə danışmaq cinayətdir? Cinayətdirsə, adamdan soruşarlar Çingiz Qənizadə sənə nə düşüb prezidentin müdafiəçisi qismində çıxış edirsən? Mən Daxili İşlər Nazirliyini və ölkə rəhbərliyini tənqid etdiyim üçün Qənizadə «Yeni Müsavat» qəzetində mənə qarşı ittiham dolu məktubla çıxış edib. Mandat almağının qarşılığını ödəmək üçün indii prezidentə yaltaqlanır. Elə dünənə qədər Çingiz, sən özün prezidenti tənqid etmirdin? Nə tez ağıllandın?»

«Çingiz Qənizadə mənə qorxaq deyir, özü məndən iki dəfə qorxaqdır»

Q.Salahzadənin həbsi məsələsinə gəlincə, İ.Həmidov bir daha qeyd etdi ki, Salahzadənin həbsinin məsuliyyətini Ç.Qənizadə daşıyır: «Qənizadə özünü elə aparır ki, guya heç nədən qorxmayıb, cəsarətli məmur olub, sözü üzə deyib və s. Əgər Hacı Qalibi mən tutdurmuşdumsa, Çingiz Qənizadə nə üçün onun həbsilə bağlı sanksiya verib? Çingiz Qənizadənin «malış» Tofiq adlandırdığı şəxs də şeyxin qudasıdır. Onlar o vaxt Ayaz Mütəllibovun tərəfini saxlayırdılar. Əllərində silah Milli Məclisdə Ayaz Mütəllibovu yenidən vəzifəyə gətirib hakimiyyətə yiyələnmək istəyirdilər. «Cayıl» Toifq dediyi Hacı Tofiq Tarix adlı şəxslə sifarişlə «Azərnəşr»in sədri Əjdər Xanbabayevi qətlə yetirmişdilər və sonrakı hakimiyyətin dövründə 10 il azadlıqdan məhrum edildi.
Çingiz Qənizadə adını hüquqşünas qoyub, amma konstitusiyanı bilmir. Mənə qorxaq deyir, özü məndən iki dəfə qorxaqdır. Əgər mənim sifarişimlə kimisə tutmusansa, deməli məndən qorxmusan. Əgər vicdanı varsa, hacı Qalibdən pul aldığını etiraf etsin. Mən Hacı Qalibin özünün dediyini deyirəm ki, Qənizadə ondan pul alıb, azadlığa buraxıb».

Qənizadənin biznes obyektləri var?

Ç.Qənizadəni yalan danışmaqda ittiham edən İ.Həmidov keçmiş prokuroru dünyalarını dəyişmiş Əbülfəz Elçibəy və Rövşən Cavadovun adlarından istifadə etməkdə günahlandırdı: «Qənizadə bilir ki, hər iki şəxs dünyalarını dəyişib, onların adından yalan ifadələr yazır. Rövşənin anası, yoldaşı sağdır. Atası ilə atam dost olub. Birlikdə uşaq bağçasına getmişəm. Rövşən Daxili İşlər Nazirliyində Nizami adlı əməkdaşımla savaşmışdı. Onda mən kabinetdə yox idim. Gələndən sonra Rövşən məni görüb ağlayıb dedi ki, başım xarab olub, nə elədiyimi bilmirəm. Çingiz Qənizadə hələ də başqalarının adından yalan ifadələr yazmaq vərdişlərini tərgitməyib. Dünənə qədər müxalifət libasında gəzən Çingiz Qənizadənin Mərkəzi Univermağın yanında, Mikrorayonda biznes obyektləri var, oğlu vəzifədə, deputat mandatı da cibində. Təmiz müxalifətçi olsaydı, ona bu şəraiti yaradardılarmı?»

«Mənim ona yazığım gəlir»

R.Qazıyevin dalınca danışması ilə bağlı qeydlərə gəldikdə İ.Həmidov bildirdi ki, onun bu gün də R.Qazıyevlə münasibətlərində soyuqluq var: «Rəhim Qazıyevi tənqid edə bilərəm, amma təhqir etmərəm. Ən azından ona görə ki, vaxtilə onun evində çay içmişəm». İ.Həmidov bildirir ki, bu cür şayiləri, dedi-qoduları yaymaqla Çingiz Qənizadə necə insan olduğunu göstərir? Mənim ona yazığım gəlir. Mən nazir olanda Qənizadə mənə salam verməyi, paltomu tutmağı, ayaqqabılarımı cütləməyi özünə şərəf bilirdi».
Eks-nazir AzTV və Ali Sovetə yürüş zamanı guya yaralanması barədə deyilənlərə də münasibət bildirdi: «Həmin vaxt kostitusiya pozulmuşdu və biz də buna görə yürüş etdik. AzTV-ni tutmamışdıq. Köçəri Nağıbəyli və Nürəddin bizdən qabaq orada nəzarəti ələ almışdılar. Atəşi özümüz açırdıq ki, Ayaz Mütəllibov hakimiyyətdən çıxıb getsin. Snayperlə məni yox, sürücüm Qərib Allahverdiyevi vurmuşdular. Gülləkeçirməz gödəkcə geyindiyi üçün ona heç nə olmamışdı. Çingiz Qənizadə yürüş edənlərin sırasında deyildi».

«Ən böyük səhvimiz Çingiz Qənizadəni adi vəkillikdən şəhər prokuroru vəzifəsinə gətirməyimiz oldu»

«Bizim ən böyük səhvimiz o oldu ki, Çingiz Qənizadəni adi vəkillikdən şəhər prokuroru vəzifəsinə gətirdik. Çingiz Qənizədə 19 il mənim evimə gəlib-gedib. O, həbs olunanda hansı köməkliklər etdiyimi qardaşlarından soruşun. Həbsdən çıxandan sonra əqidəsini dəyişdi. Mənim ən böyük səhvim onu tanımamağım oldu. Heyif ulu babamız Çingiz Xana ki, adını bu gün Çingiz Qənizadə daşıyır. Deyir ki, mən guya şahmatı da yaxşı oynaya bilmirəm. Əgər şübhəsi varsa, gəlsin oynayaq. Hər partiyası 1000 manatdan 50 partiya oynayaq».
İ.Həmidov bir daha bəyan edir ki, o, həbsdən çıxandan sonra mərhum prezident Heydər Əliyevin qəbrini ziyarət etməyib: «Etsəydim, bunu telekanallar göstərərdi».
Ramil






22 Fevral, 2011  21:27 Baxılıb: 1641 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner