Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Dərnəgüldə sökülən obyektlərin sahiblərinə kompensasiya veriləcək

Azərbaycan paytaxtının Ziya Bünyadov (Dərnəgül) prospektində aparılan işlərlə əlaqədar olaraq sökülən tikililərin sahiblərinə kompensasiya veriləcək.

«APA-ECONOMICS»in məlumata görə, bunu Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-nin sədri Cavid Qurbanov bildirib. Onun sözlərinə görə, inşaat işləri zolağında qanunsuz tikililər də var: «İstənilən halda biz bütün tikililərin sahiblərini köçürməli olacağıq».


Qeyd edək ki, Z.Bünyadov prospekti Bakı şəhərinin şimal istiqamətinə əsas çıxışını təmin edən magistrallardan biri sayılır. Bu prospekt başlanğıcını Nəsimi rayonu ərazisindən, Alı Mustafayev, Rəşid Məmmədov və Abdulvahab Salamzadə küçələrinin kəsişməsindən («Xutor dairəsi») götürür və Böyük Şor yol qovşağınadək («M.Əzizbəyov» metro stansiyasının ətrafı) təqribən 9 km uzanır.


Prospektin yenidən qurulması nəticəsində onun eni indiki 40 metrdən 50-60 metrədək artırılacaq. Yenidənqurmadan sonra «Xutor dairəsi»ndən Azadlıq prospekti ilə kəsişməsinədək hissə 12 zolaqlı, sonrakı hissə 10 zolaqlı olacaq. Hər zolağın eni 3,75 metr nəzərdə tutulub. Yenidənqurma işləri çərçivəsində prospektin üzərində 4 yeni yol ötürücü qovşağı tikiləcək, bir qovşaq isə («Çermet körpüsü» adlanan ərazidəki) yenidən qurulacaq.






22 Fevral, 2011  20:21 Baxılıb: 1709 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner