Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Düşmənin fəallaşması səbəbi bəlli oldu

Müdafiə Nazirliyi açıqlama yaydı

Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik-leytenant Eldar Sabiroğlunun orduda baş verən son hadisə ilə bağlı yeni bir açıqlama yaydı. Nazirliyin mətbuat xidmətindən “Simsar.az”a daxil olan açıqlamanı təqdim edirik: “Hərbi hissəmizdə baş verən məlum faciə düşməni fəallaşdırıb. O bundan öz məqsədləri ücün istifadə etməyə çalışır. Dünən və bu gün Ermənistan silahlı bölmələrinin aramsız olaraq atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bir əsgəri şəhid olmuş, biri isə yaralanmışdır. Təmas xəttində yaratdığı gərgin vəziyyəti öz üzərindən yayındırmaq üçün düşmən qəsdən günahı Azərbaycanın üzərinə yıxmağa cəhd göstərir. Üstəlik, onsuz da bizim ücün son dərəcə üzücü olan əsgərlərimizin itkisini də şişirdilmiş formada təbliğ etməyə calışır. Guya ki, ölənlərdən başqa daha 6 nəfər ağır yaralı var. Bunlar tamamilə yalandır. Azərbaycanın Müdafiə Nazirliyi və Hərbi Prokurorluğu birlikdə yaydıqları məlumatda hər şeyi olduğu kimi acıqlayıblar. Düşmənin seçimi məlumdur, bunu nəyə görə hesabladığı da sirr deyil. Ermənistanın kütləvi informasiya vasitələrində bu yalanların və uydurmaların özünə geniş yer tapması məhz həmin ölkənin Müdafiə Nazirliyinin sifarişi ilə həyata keçirilir. Onlar əgər belə çürük toxumlarla nəyinsə cücərəcəyinə inanırlarsa kökündən yanılırlar”.






22 Fevral, 2011  18:20 Baxılıb: 1316 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner