Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

PREZİDENTƏ İCRA BAŞÇISINDAN ŞİKAYƏT EDİLDİ

Atatürk prospekti 33-də yaşayan sakinlər Nərimanov rayon İcra Hakimiyyətini qanunsuzluqda və korrupsionerlikdə ittiham edərək Ramiz Mehdiyev və Mehriban Əliyevadan da kömək istəyirlər

Atatürk prospekti 33 ünvanında yaşayan sakinlər problemlərinin həll olması istəyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun Prezidenti, Birinci Xanım Mehriban Əliyevaya, Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sədri Ramiz Mehdiyevə və KİV-ə müraciət ünvanlayıblar. contact.az saytının məlumatına görə, müraciətdə Nərimanov rayonu ərazisində yaşanan qanunsuzluqlar, vətəndaşların hüquqlarının pozulmasıhalları əksini tapıb.

Müraciətdə deyilir: “Yaşadığımız Atatürk prospekti 33 ünvanının həyətində uşaqlarımızın əyləndiyi, ağaclarla örtülü kiçik Uşaq Baxçası mövcuddur. Burada 40-a yaxın meyvə ağacı mövcuddur. Uşaqlarımızın oynamağa, qocaların istirahət etməyə yeganə yeri buradır. Burada öz hesabımıza istirahət üçün normal şərait yaratmışıq. 35 saylı Mənzil İstismar Sahəsinin əməkdaşları isə gəlib bizə deyir ki, buranı Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev satıb. Əslində isə həmin ərazinin MİS-ə aidiyyəti yoxdur. Çünki, bizim bina kooperativ binadır, bu həyət də həmin binanın balansındadır. Ancaq dekabr ayının 29-da “Hacı” adlı bir şəxs gələrək, qanunsuz olaraq, bu ərazini hasarladıb və uşaq baxçasını dağıdıb, indi də ağacları kəsdirmək istəyir. Sakinlər əraziyə hasar çəkmək istəyən fəhlələrə mane olmağa çalışsa da, işçilər həmin sahəni dəmir dirəklərlə hasarlayıblar və “Hacı”nın adamları sakinlərə qarşı zorakılıq göstəriblər".

Sakinlər iddia  edir  ki, ərazi sahə müvəkkilinin də gözü qarşısında zəbt edilib: "Ötən il həyətimizin bir hissəsi qanunsuz olaraq zəbt edildi və orada İran klinikası inşa edildi. Biz o zaman da Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə müraciət etdik, ancaq müraciətimizə hər hansı cavab almadıq. Bu gün isə həyətimizin qalan hissəsi də əlimizdən qanunsuz şəkildə alınır. Bu dəfə də Nərimanov rayonunun rəhbərliyi bu qanunsuzluğu “görmür”. Müraciətlərimizə baxılmır. Necə olur ki, hər hansısa sakin eyvanını rəngləyəndə belə bundan xəbər tutan icra hakimiyyəti bu boyda narazılığı və rəzaləti, ən başlıcası Ulu Öndərimiz Heydər Əliyevin “qollarım” dediyi 15-20 illik ağacların kəsilməsindən xəbərsiz olur".  

Şikayətçilər sonda bildirirlər ki, Atatürk pr.33 ünvanında yaşayan vətəndaşlar “Hacı” titulu arxasında gizlənərək, Ulu Öndərimiz Heydər Əliyevin “qollarım” dediyi neçə illik meyvə ağaclarını kəsməsinə imkan verilməməsini ölkə rəhbərliyindən xahiş edirlər: "Korrupsiya girdabına çevrilmiş Nərimanov rayon İcra Hakimiyyətinin qanunsuzluqları qarşısında bizi müdafiə edin”.






22 Fevral, 2011  17:41 Baxılıb: 1785 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner