Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İSA QƏMBƏRİN DİKTATORLUQ ARZUSU?

Müsavatın yüz il hakimiyyətdə qalacağını deyən müxalifət liderinin bu mövqeyi anormallıq hesab edildi 

“İsa Qəmbər hədəflərini cızanda həddindən artıq nikbinliyə yol verib. Onun çıxışlarının inandırıcılıq gücü xeyli aşağı düşüb”

«Totalitarizmlə 100 ildir aparılan mübarizə davam edəcək. 
Azərbaycan gəncliyi elə edəcək ki, müsavatçılıq ideyası hakimiyyətə gələcək. Növbəti 100 ili Müsavat hakimiyyətində keçəcək».

Bunu Müsavat Partiyasının 100 illiyi ilə bağlı keçirilən yubiley tədbirində partiyanın başqanı İsa Qəmbər bildirib.
Müsavat Partiyası 1918-1920-ci illərdə 23 ay hakimiyyətdə olub. Cəbhə hakimiyyəti dövrndə isə hakimiyyəti AXC-Müsavat birliyi idarə edib. Müsavat Partiyası 1993-cü ildən müxalifətdədir və hakimiyyət uğrunda mübarizə aparsa da, məqsədinə nail olmayıb.

Bu partiyanın rəhbərliyi demokratiya uğurunda mübarizə apardığını bəyan edir. Belədirsə, İsa Qəmbərin 100 il hakimiyyətdə qalmaq arzusunda olması demokratik prinsiplərlə nə dərəcədə üst-üstə düşür? Dünyanın hansı demokratik partiyası 100 il fasiləsiz hakimiyyətdə qalıb?
Ümumiyyətlə, belə bir arzuda olmaq hansı psixoloji-durumdan xəbər verir?

Müsavat Partiyasının sabiq yetkilisi Qabil Hüseynli yubley tədbirində belə fikirlərin səsləndirilməsindən təəccüblənmir: «İstənilən partiya sədri gələcəklə bağlı nikbin bəyanatlar verir, fikirlər səsləndirir. Antidemokratik şəraitdə Müsavat Partiyasının hakimiyyətə gəlməsi mümkün deyil, demokratik şəraitdə isə bu partiyanın 100 il hakimiyyətdə qalması çətindir».

Q.Hüseynlinin fikrincə, İ.Qəmbər çox güman müsavatçılıq ideologiyasının 100 il hakimiyyətdə olmasını nəzərdə tutub: «Bütün hallarda bu iddia reallığa söykənmir. İsa Qəmbərin çıxışında əsas məqsədi gəncləri, sıravi müsavatçıları ruhlandırmaq olub».

Q.Hüseynliyə görə, bir partiyanın 100 il hakimiyyətdə qalması anormallıqdır: «Bir partiya 10 ildən artıq hakimiyyətdə qalanda avtoritarlaşır. İsa Qəmbər hədəflərini cızanda həddindən artıq nikbinliyə yol verib. Onun çıxışlarının inandırıcılıq gücü xeyli aşağı düşüb».


Politoloq Zəfər Quliyev də hesab edir ki, İ.Qəmbərin 100 il hakimiyyətdə qalmaq söhbəti sadəcə arzudur.
«İsa Qəmbərin çıxışında siyasilikdən çox emosionallıq var. Bu mənada onu başa düşmək olar. Mən çox arzulayardım ki, Müsavat Partiyası yenidən hakimiyyətə gəlsin, amma bu 100 il olmasın. 100 il hakimiyyətdə qalmaq demokratik prinsiplərə ziddir. Müsavat Partiyası Azərbaycanın tarixidir».

Müsavat Partiyası başqanın müavini Tofiq Yaqublu hesab edir ki, İ.Qəmbər çıxışında partiyanın 100 il hakimiyyətdə təmsil olunmasını nəzərdə tutmayıb: «Mən başqanın fikirlərini tam yadımda saxlamamışam. Burada söhbət formadan deyil, məzmundan gedə bilər. Müsavatçılıq ideologiyası ən azı 100 il hakimiyyətdə olacaq. Partiyanın adı başqa da ola bilər».

Ruslan






22 Fevral, 2011  17:34 Baxılıb: 1592 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner