Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

MSK-nın yeni tərkibi təsdiqləndi

18 nəfərlik tərkibə daxil olanların siyahısı

APA-nın məlumatına görə, parlamentin spikeri Oqtay Əsədov deyib ki, MSK-nın 18 nəfərlik tərkibi 6 nəfər MM-də çoxluqda olan partiyanın, 6 nəfər azlıqda olan partiyaların, 6 nəfər isə bitərəf deputatların nümayəndələrindən ibarət formalaşdırılmalıdır. 18 nəfərlik siyahıda bu şəxslərin adları yer alıb: Məzahir Pənahov, Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova və Qabil Orucov (hamısı YAP), Mikayıl Rəhimli (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası), Almas Qəhrəmanlı (Vətəndaş Həmrəyliyi Partiyası), Akif Qurbanov (Ümid Partiyası), Tamam Cəfərli (Demokratik İslahatlar Partiyası), Bəxşeyiş Əsgərov (Böyük Quruluş Partiyası), Etibar Quliyev (Ana Vətən Partiyası), Natiq Məmmədov, Azər Tağıyev, Arifə Muxtarova, İlham Məmmədov, Nizami Nadirov və Tofiq Həsənov (siyasi partiya mənsubiyyəti olmayan deputatların MSK-ya namizədləri. Bunlardan Natiq Məmmədovun namizədliyi hakim Yeni Azərbaycan Partiyası, Arifə Muxtarovanın namizədliyi isə Milli Məclisdə azlıq təşkil edən partiyaların nümayəndələri ilə razılaşdırılıb).

Deputatların çıxışından sonra MSK-nın yeni tərkibi seçilib.

Mərkəzi Seçki Komissiyasının 18 nəfərlik tərkibinə aşağıdakı şəxslər daxildir:

Məzahir Pənahov, Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova və Qabil Orucov, Mikayıl Rəhimli, Almas Qəhrəmanlı, Akif Qurbanov, Tamam Cəfərli, Bəxşeyiş Əsgərov, Etibar Quliyev, Natiq Məmmədov, Azər Tağıyev, Arifə Muxtarova, İlham Məmmədov, Nizami Nadirov və Tofiq Həsənov.

Qeyd edək ki, MSK-nın yeni tərkibi əvvəlki tərkibdən iki yeni üzvlə fərqlənir.






22 Fevral, 2011  17:00 Baxılıb: 1323 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner