Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

ABŞ konqresmenlərindən Xocalı çağırıışı

Bill Şuster: “Xocalı faciəsi bəşəriyyət əleyhinə cinayətdir və mən həmkarlarımı azərbaycanlılarla birlikdə bu faciəni anmağa səsləyirəm”

ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun bir neçə üzvü Xocalı faciəsinin ildönümü ərəfəsində fəaliyyətlərini gücləndiriblər. APA-nın Vaşinqton müxbirinin məlumatına görə, Texasdan olan Konqres üzvü Eddi Bernis Conson (Eddie Bernice Johnson) fevralın 18-də həmkarlarına müraciət edərək 1992-ci il fevralın 26-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində dinc insanların işgəncəyə məruz qalması və öldürülməsi faktını anımağa çağırıb: “Çoxumuz bilirik ki, Şərqi Avropada və Mərkəzi Asiyada baş verən post-sovet münaqişələri qanlı etnik təmizləmələrə gətirib çıxarıb, amma erməni silahlıları tərəfindən qətlə yetirilmiş Xocalı əhalisi haqqında az adam eşidib. Xocalıda etnik təmizləmə həyata keçirilib və şəhər yerlə-yeksan edilib. Faciə barədə mediada geniş məlumat verilməsinə baxmayaraq, bir çoxları bu hadisələri unudub. Ümid edirəm ki, biz hər il bu faciənin qurbanları üçün dua edə biləcəyik”. 

E. B. Conson ümid etdiyini bildirib ki, Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll edə biləcəklər: “Ümid edirəm ki, indi əzab çəkən insanlar tezliklə etnik təmizləmənin sona çatdığını görəcəklər. Xocalı qadınlarının, kişilərinin və uşaqlarının xatirəsi bizi bu cür hadisələri pisləməyə yönəltməlidir”.

Pensilvaniyadan olan konqresmen, Azərbaycan üzrə İşçi Qrupun həmsədri Bill Şuster (Bill Shuster) də diqqəti Xocalı faciəsinə yönəldib: “Təəssüf ki, bu gün Azərbaycandan kənarda Xocalının ağrısını görən və anlayan çox azdır. Seçilmiş rəsmilər olaraq bizim ən böyük gücümüz ondadır ki, çox az adamın bildiyi həqiqəti üzə çıxaraq. Azərbaycanın dostu kimi həmkarlarıma xatırlatmaqdan qürur duyuram ki, biz Xocalıda baş verən faciəni heç vaxt unutmamalıyıq. Azərbaycan ABŞ-ın güclü strateji tərəfdaşı və dostudur. Xocalı faciəsi bəşəriyyət əleyhinə cinayətdir və mən həmkarlarımı azərbaycanlılarla birlikdə bu faciəni anmağa çağırıram”.

Konqresmen Stiv Koen Tennessi (Steve Cohen Tennessee) isə bəyan edib ki, Xocalıda qadınlara, uşaqlara və yaşlı insanlara qarşı ağlasığmaz vəhşilik törədilib: “Həmkarlarımı mənə və bizim azərbaycanlı dostlarımıza qoşularaq Xocalıda baş vermiş faciəni anmağa səsləyirəm”.

Konqresin Şimali Karolinadan olan üzvü Virciniya Foks (Virginia Foxx) qeyd edib ki, “Human Rights Watch”, “Memorial” İnsan Haqları Mərkəzi və digər beynəlxalq müşahidəçilərin sözlərinə görə, Xocalı faciəsi erməni silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə törədilib. O xatırladıb ki, “Human Rights Watch” Xocalı hadisəsini Dağlıq Qarabağ münaqişəsində ən böyük qətliam adlandırmışdı: “Bu qətliam dünya ictimaiyyəti tərəfindən pislənib. 2001-ci ildə Avropa Şurası Parlament Assambleyasının 30 üzvü 324 saylı yazılı bəyanat yayaraq bildiriblər ki, ermənilər Xocalı əhalisinə qarşı qətliam törədərək şəhəri yerlə-yeksan ediblər”.






22 Fevral, 2011  15:45 Baxılıb: 1326 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner