Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakı Slavyan Universiteti V Beynəlxalq Elmi Konfransa ev sahibliyi edir

Bakı Slavyan Universitetində “Müqayisəli ədəbiyyat. Ədəbiyyat və mədəniyyətlərdə istoriografiya: mif, ədəbiyyat və tarix arasında”  mövzusunda V Beynəlxalq Elmi Konfrans keçirilir

Simsar.az xəbər verir ki, konfransa 17 ölkədən (ABŞ, Ukrayna, Qazaxıstan, İsveç, Fransa, İsrail, Gürcüstan, Rusiya, Canada, Yaponiya, Türkiyə, İtaliya, İran, Özbəkistan, Bosniya və Herseqovin, Avstraliya, Böyük Britaniya, Almaniya) ümumilikdə 47 alim dəvət edilib. Azərbaycanın ali məktəblərindən və elm müəssisələrindən (Bakı Dövlət Universiteti, Azərbaycan Diplomatiya Akademiyası, Xarici Dillər Universiteti, AMEA Ədəbiyyat İnstitutu, Xəzər Universiteti, AMEA-nın Şəki filialı) 50 alim və tədqiqatçı da konfransda iştirak edirlər.

Konfrans aşağıdakı bölmələrdə öz işini davam etdirəcək:

“Tarixi və ədəbi janrlarda təsvir üsulları arasında”, “Ədəbi mətnlərdə tarixin təsviri  formaları” , “Keçid dövründə ədəbiyyat və tarix”, “Mif”, “Tarix və istorioqrafiya”, “Dilçilik və tarix”.

Konfrans çərçivəsində Əl Fərabi adına Qazax Milli Universitetinin professoru Anuar Qaliyevin “Keçmişin dərki: mif və tarix arasında”, Orenburq Dövlət Pedaqoji Universitetinin professoru Sergey Lyubiçanovskinin Leonid Bolşhakovun şəxsi gündəliyi əsasında yazılan “Yaddaş və gündəlik” adlı ustad dərslərin, Osaka Universitetinin dosenti Takayuki-Yokota Murakaminin sədirliyi ilə  “İtirilmiş milli tarixin bərpası: Latviya rusdilli yəhudi yazıçıları və onların əsərləri” mövzusunda dəyirmi masanın keçirilməsi planlaşdırılır.

Sonda konfransın materialları kitab şəklində çap olunub iştirakçılara təqdim olunacaq.

Simsar.az

 







20 Dekabr, 2013  15:46 Baxılıb: 1555 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner