Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

6 məhkəmədə korrupsiya faktı

Rüşvətxor hakimlər işləyən məhkəmələrin siyahısı

Prezident İlham Əliyevin korrupsiyaya qarşı qəti mübarizənin aparılması ilə bağlı tapşırıqlarından irəli gələn vəzifələr Məhkəmə-Hüquq Şurasının geniş iclasında müzakirə edildikdən sonra dövlət başçısının tələblərinin hər bir hakimə çatdırılması məqsədilə regional müşavirələr keçirilib, mövcud problemlər, korrupsiyaya şərait yaradan hallar bütün hakimlərin iştirakı ilə təhlil olunub.

Simsar.az-ın məlumatına görə, bu barədə Məhkəmə-Hüquq Şurasından bildirilib. Qurumun məlumatına görə, yeni yaradılmış Korrupsiyaya qarşı mübarizə Sektoru tərəfindən vətəndaşların şikayətləri əsasında Bakı şəhərinin Yasamal, Binəqədi, Xəzər, Nizami rayon, Mingəçevir şəhər və Gədəbəy rayon məhkəmələrində keçirilmiş yoxlamalar nəticəsində korrupsiyaya şərait yaradan hüquqpozmalara yol verilməsi müəyyən edilib. 

Belə ki, bəzi hakimlər kobud süründürməçilk etmiş, məhkəmə proseslərində tərəflərin iştirakının təmin edilməsi üçün bütün lazımi tədbirləri görməyərək, cavabdehin prosesdən kənarda qalmasına, apellyasiya hüququnun əsassız məhdudlaşdırılmasına və digər pozuntulara yol veriblər. Bununla əlaqədar Şura tərəfindən 6 hakim barədə intizam icraatları başlanılıb.

Hazırda korrupsiyaya şərait yaradan halların aşkara çıxarılması və aradan qaldırılması üzrə tədbirlər davam etdirilir, bu məqsədlə məhkəmələrdə mütəmadi monitorinqlər keçirilir, vətəndaşların müraciətlərinin hərtərəfli, o cümlədən yerində yoxlanılması təmin olunur.






21 Fevral, 2011  23:53 Baxılıb: 1417 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner