Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Elnur Aslanov: “Yaxın Şərq ölkələrində baş verənlərin Azərbaycana sirayət etmə ehtimalı qətiyyən yoxdur”

"Yaxın Şərqdə baş verən prosesləri Samuel Huntinqtonun "Üçüncü Dalğanın yayılması" əsəri kimi qiymətləndirmək olar.

Təbii ki, istənilən halda orada baş verən proseslər həm ölkədaxili siyasi vəziyyətdən, həm də ölkədəki müəyyən bir sosial-iqtisadi çətinliklərdən meydana gəlir". Bunu Simsar.az-a açıqlamasında Prezident Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib. Onun sözlərinə görə, ölkələrdə çox aşağı işsizliyin olması, insanlar arasında sosial təbəqələşmənin kəskin özünü biruzə verməsi siyasi-iqtisadi kataklizmalara gətirib çıxarır: “Bunun nəticəsində ölkə daxilində siyasi transformasiyalarla yekunlaşır. İstər Yəməndə, istərsə də Livanda belə bir problemlər xalq kütlələrinin narazılıqlarına səbəb olub. Amma proseslərin gedişi nəticəni bəlli edəcək”.

Son zamanlar müxalifət qəzetlərində Yaxın Şərq ölkələrində baş verən hadisələrin Azərbaycana sirayət etmə ehtimalı barəsində yer alan yazılara gəlincə PA rəsmisi: “Yaxın Şərq ölkələrində baş verən hadisələrin Azərbaycana sirayət etmə ehtimalı qətiyyən yoxdur. Bu gün siyasi, sosial, iqtisadi cəhətdən Azərbaycanın sabit və səmərəli inkişafı üçün tam zəmin yaranıb. Müxalifət qəzetlərinin yazdıqları sadəcə bir söz yazmaq xatirinə bir fikir bildirilər. Amma dərin təhlillərə dalsalar və Azərbaycanın sosial-iqtisadi vəziyyətini dərindən təhlil etsələr, bilərlər ki, ölkəmizdə ilbəil sosial-iqtisadi vəziyyət yaxşılaşır, yoxsulluğun minimuma endirilmsi istiqamətində aparılan səmərəli işlər Azərbaycanda belə bir siyasi vəziyyətin yaranmasına heç bir əsas vermir”,- deyə bildirib.






21 Fevral, 2011  23:42 Baxılıb: 1406 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner