Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SOSİAL

Azərbaycanın dövlət məmurları dövlət qulluğu sahəsində Türkiyənin təcrübəsini öyrəniblər

Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirovun rəhbərlik etdiyi və 11 dövlət orqanını təmsil edən nümayəndə heyəti 13-19 fevral tarixlərində Türkiyədə səfərdə olub.

Komissiyadan APA-ya verilən məlumata görə, səfər 2009-cu il tarixdə Bakıda imzalanmış “Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2010-2011-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Proqramı”na əsasən hər iki ölkənin dövlət orqanları arasında təcrübə mübadiləsinin aparılması məqsədilə həyata keçirilib.

Nümayəndə heyəti Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, İqtisadi İnkişaf Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Nəqliyyat Nazirliyi, Gömrük Komitəsi, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti, Mingəçevir Şəhər İcra Hakimiyyəti və Azərbaycan prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nümayəndələrindən ibarət olub. Onlar Türkiyə baş nazirinin müavini Həyati Yazıcı, Dövlət Kadrlar İdarəsinin rəhbəri Mehmet Tekinarslan, onun müavini Şaban Talaş, idarənin təşkilat və beynəlxalq şöbəsinin müdiri Enes Polatla görüşüblər. Görüşlərdə iki qardaş ölkə arasında dövlət qulluğu sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib və təcrübə mübadiləsi məqsədilə təşkil edilən qarşılıqlı səfərlərin bu əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəyinə əminlik vurğulanıb. Eyni zamanda görüşlərdə həm qurumlararası, həm də dövlət qulluğu sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Səfər ərzində Azərbaycan nümayəndə heyətini Türkiyə Respublikasının dövlət qulluğu sistemi ilə daha yaxından tanış etmək məqsədilə Dövlət Kadrlar İdarəsinin, Türkiyə və Orta Şərq İdarəetmə İnstitutunun, Nəqliyyat Nazirliyinin, Səhiyyə Nazirliyinin, Energetika və Təbii Sərvətlər Nazirliyinin, Təhsil Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Xarici Ticarət İdarəsi və Dövlət Gömrük İdarəsinin əməkdaşları təmsil etdikləri dövlət orqanlarının gördüyü işlər haqqında təqdimatlarla çıxış ediblər.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin hər bir üzvü öz təşkilatına uyğun olan dövlət qurumu ilə tanış olub.






21 Fevral, 2011  23:18 Baxılıb: 2095 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55