Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

7 hərbçinin meyiti müayinə edilib

Azərbaycan Hərbi Prokurorluğu Milli Ordunun əsgərlərinin ölüm işi ilə bağlı növbəti açıqlama yayıb.

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, baş vermiş hadisə ilə əlaqədar yaradılmış istintaq qrupu tərəfindən hadisə yerinin müayinəsi video və foto çəkilişlər aparılmaqla başa çatdırılıb.


Hadisə nəticəsində həlak olan 7 nəfər hərbi qulluqçunun meyitləri məhkəmə-tibb eksperti tərəfindən müstəntiqlərin iştirakı ilə müayinə edilib, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülərək cinayət işinin istintaq materiallarına əlavə olunmaqla digər zəruri istintaq tədbirləri yerinə yetirilib.


Bundan başqa, Respublika Hərbi Prokurorluğunda yaradılmış istintaq qrupu tərəfindən hadisənin baş vermə səbəbləri və sair halları müəyyən etmək məqsədi ilə müvafiq ekspertizalar təyin olunmaqla icraya yönəldilib, digər təxirəsalınmaz intensiv istintaq hərəkətlərinin yerinə yetirilməsi davam etdirilir.


Qeyd edək ki, fevralın 20-də saat 9.40 radələrində MN-in hərbi hissələrinin birində ölümlə nəticələnən ağır cinayət hadisəsi baş verib. Hadisə zəminində Quliyev Naib Fəxrəddin oğlu (1992 Beyləqan RHK 04.2010), Cavadzadə Cavid Vəkil oğlu (1991 Mingəçevir RHK 01.2010), Suanverdiyev Nurlan Radfel oğlu (1991 Ağdam RHK 04.2010), Xocberov Ramazan Abdulla oğlu (1992 Balakən RHK 04.2010), Kərimov Əfqan Yaşar oğlu (1991 Balakən RHK 10.2009), Hüseynov Əhməd Əhmədalı oğlu (1992 Ağcabədi RHK 01.2010), Quliyev Zakir Etibar oğlu (1991 Yasamal RHK 01.2010) dünyalarını dəyişiblər.

Baş vermiş ağır cinayət hadisəsi ilə əlaqədar Respublika hərbi prokurorunun müavini Şəfahət İmranovun rəhbərliyi ilə istintaq qrupu yaradılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7 (iki və daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hadisənin baş vermə şəraiti və səbəbləri araşdırmaq üçün zəruri, təxirəsalınmaz istintaq həyata keçirilir. Cinayət işi üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılması, hadisənin baş verməsində günahkar olan şəxslərin müəyyən edilib məhkəmə məsuliyyətinə verilməsi və qanunla nəzərdə tutulan başqa tədbirlərin görülməsi təmin olunmaqla ictimaiyyətə əlavə məlumat veriləcək.






21 Fevral, 2011  23:08 Baxılıb: 1166 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
27 Noyabr, 2020  00:28

25 Noyabr, 2020  16:40






18 Noyabr, 2020  12:52



17 Noyabr, 2020  09:39

14 Noyabr, 2020  10:33


















25 Oktyabr, 2020  23:08


24 Oktyabr, 2020  11:14



23 Oktyabr, 2020  11:17
















sagbanner