Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

İNFLYASIYA?

Xırda pullar vətəndaşları mübahisələrə sürükləyir

Ölkədə 1,3,5 qəpiklər döviyyədə olsa da, bu qəpiklərin istifadəsi elə ilk günlərdən problem kimi qalmaqdadır.

Marketlərdə, nəqliyyat vasitələrində, bir sıra iaşə obyektlərində xırda qəpikləri götürmürlər.
Bakı Meropolitenində gediş haqqının 5 qəpikdən 15 qəpiyə kimi qaldırılması da sərnişinlərə əlavə problemlər yaradıb. Gediş qiyməti 15 qəpik olduğundan, terminala 20 qəpik atdıqda 5 qəpik qalıq qalır. Çekdə əks olunan qalığı isə nəzarətçi kassirdən almaq lazımdır. Ancaq kassada 5 qəpik qıtlığı yarandığı üçün qalığın miqdarını yalnız 10 qəpikdən yuxarı olduqda almaq olar.

Abşeron rayon Masazır kəndi istiqamətində fəalliyyət göstərən 142 nömrəli avtobuslarda gediş haqqı 25 qəpik olduğundan, həm sürücülər, həm də sərnişinlər üçün 5 qəpik həmişə problem yaradır. Sərnişin 25 qəpikdən az ödəyə bilməyəcəyi təqdirdə, 30 qəpik ödəməyə məcbur olur. Bu isə ciddi narazılıqlara gətirib çıxarır.

Nəqliyyat Nazirliyi katibiliyinin müdiri Namiq Həsənov Simsar.az saytına açıqlamasında yerüstü nəqliyyatda tez- tez təsqdüf edilən 5 qəpik mübahisəsini vətəndaşların bu pul vahidinə etinasızlığı kimi qiymətləndirir: “Sizinlə razıyam, hətta hansısa marketdə alış-veriş edəndə pulun qalığı olaraq 5 qəpiyi götürmürlər. Pula belə münasibət yanlışdır. Konkret problemə gəldikdə isə araşdırma apararıq”.

“Qəpiklərin istifadəsində texniki cəhətdən problemlər var”

İqtisadi təşəbbüslərə yardım mərkəzinin rəhbəri Azər Mehdiyev 5 qəpiyin yaratdığı problemi infliyasiya kimi dəyərləndirir: “Azərbaycanda 1,3,5 qəpiklər dövriyyədədir. Ancaq bu qəpiklərin istifadəsində texniki cəhətdən problemlər var. Bu qəpiklərin ödəniş haqqı kimi göstərilməsi əhalini bezdirib. Çox vaxt marketlərdə ərzaqlara sıfra yaxın rəqəmlər qoyulur. Məsələn, 93 qəpik. 3 qəpik də çox vaxt ya alıcıda, ya da marketdə tapılmır. Həmçinin eyni vəziyyət nəqliyyatda da yaşanır. Ancaq bu qəpiklərin dövriyyədə ola- ola götürülməməsi qanun pozuntusudur və istənilən şəxsə bununla bağlı cinayət işi qaldıra bilər. Qiymətlərin süni şəkildə şişirdilməsi tədricən belə xırda qəpiklərin dövriyyədən çıxmasına gətirib çıxarır”.

“Qəpiklər götürülmürsə, qanun vericiliyə ziddir”

Hüquqşünas Rəsul Cəfərova da 1,3,5 qəpiklərin qəbul edilməməsini hüquq pozuntusu kimi izah edir: “Konstitusiyada bildirlir ki, ökənin pul vahidi manatdır. Həmçinin 1,3,5 qəpiklər də dövriyyədədir. Bir sıra xidmətlərin əvəzində bu qəpiklər götürülmürsə, hərəkət qanunvericiliyə ziddir, həm də hörmətsizlikdi”.


Məsələylə bağlı Mərkəzi Banka da müraciət etdik. Bankdan bildirdilər ki, müraciət yazılı şəkildə olmalıdır və həmin suallar gün ərzində cavablandırılacaq.

Aynurə Həsənova






21 Fevral, 2011  21:22 Baxılıb: 1876 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55