Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HƏRBİDƏKİ QƏTLİAMLARIN KÖKLÜ SƏBƏBİ

İLDIRIM MƏMMƏDOV: «ƏSGƏR DÖYÜLÜR, SÖYÜLÜR, ƏZİLİR,AMMA ŞİKAYƏT ETMİR, ÇÜNKİ...»

“Erməni ordusunda bir əsgər qətlə yetiriləndə bizim mətbuat bunu düşmən ordusundakı özbaşnalıq kimi qiymətləndirir, günlərlə təbliğ edirlər. Amma bizim orduda bir əsgər 5-6 nəfəri birdən qətlə yetirir, araşdırma yoxdu”

Müdafiə Nazirliyi hərbi hissələrinin birində 7 nəfərin ölümü ilə nəticələnən qətl hadisəsilə bağlı yayılan məlumat ənənvi suallar doğurdu. 
Orduya 3 milyard dollara yaxın vəsaitin ayrıldığı bir vaxtda, hərbçilər arasında münasibətlər nədən pisləşir? Nə üçün əsgərlərimiz avtomatlarını düşmən tərəfə deyil, bir-birilərinə tuşlayırlar? Əsgərin-öz əsgər yoldaşını ölüdürməsi hansı şəraitin, mühitin nəticəsidir? Bu suallara cavab tapmaq üçün hərbi ekspert İldırım Məmmədovla söhbətləşdik.

- İldırım müəllim, araşdırmalar göstərir ki, atəşkəs dövründə həlak olan hərbçilərimizin sayı, müharibədə ölən hərbçilərin sayından çoxdur. Kimisi intihar edir, kimisi əsgər yoldaşının gülləsinə tuş gəlir....
Bu gün də faciəli xəbər aldıq. Hərbi hissələrin birində 7 nəfərin ölümü ilə nəticələnən dəhşətli hadisə baş verib. Əsgər 6 nəfəri qətlə yetirəndən sonra özünü öldrüb. Sizcə bütün bunlar nəyin nəticəsidir?


- Səbəblər çoxdur. Ordu cəmiyyətin bir hissəsidir. Cəmiyyətin ordu üzərində heç bir nəzarəti yoxdur. Mən dəfələrlə demişəm və bir daha qeyd edirəm ki, Azərbaycanda hərbi çağırış yaşını 18-dən 20-ə qaldırmaq lazımdır. Bizdə 18 yaşlı gənc tam formalaşmır. Açıq demək lazımdır ki, sosial-iqtisadi vəziyyətlə bağlı olaraq oğlanlarda kişiləşmə gec baş verir. Təəssüf ki, ötən 16 il ərzində orduda islahatlar aparılmadı. Bizim silahlı qüvvələr hələ də keçmiş sovet qanunvericiliyi ilə idarə olunur. Hərbi qulluqçuların daxili münasibətləri dərindən araşdırılmır. Komandir nəzarəti aşağı səviyyədədir. Bu əsgərin məsuliyyətsizliyinə, nizamnamədən kənar addımların atılmasına gətirib çıxarır. Ordudakı neqativ hallarla bağlı hərbçi digər qurumlara məlumat verə bilmir. Məlumat verənin adını qoyurlar «stukaç». Əsgər döyülür, söyülür, əzilir, amma şikayət etmir. Məcbur olub silaha əl atır. Təəssüf, əsgərlərimizdə belə bir psixologiya yaranıb ki, ölmək, öldürmək olar, amma şikayət etmək yox. Bu yanaşmanı aradan götürmək lazımdır.

- Orduya ayrılan vəsaitin həcmi ildən-ilə artırılır. Bu pullar hara xərclənir? Həmin vəsaitlər yalnız yeni silahların alınmasına, hərbi binaların tikilməsinə xərclənir?..

- Yadan çıxarmaq lazım deyil ki, müharibəni silahlar, texnika deyil, insanlar aparır. Silah-sursat da lazımdır, amma ilk növbədə əsgərin vətənə, hərbiyə olan münasibətini lazımi istiqamətdə formalaşdırmalıyıq. Azərbaycan ordusunda inkişafla yanaşı korrupsiya, “dedovşina”, yerlibazlıq, işgəncə faktları var və bunu heç kəs dana bilməz. Bütün bunlar inkişafın qarşısını alır. Əsgərlərə qarşı münasibət məni daha çox narahat edir. Əsgərlərdə “xəndək xəstəliyi” deyilən mərəz yaranıb. Həmin mərəzin mahiyyəti odur ki, əsgər həyata, yaşamağa boş şey kimi baxır.

- Azərbaycan ordusunda hərbçilərin bir-birilərinə qarşı nifrətləri o qədərmi güclüdür, əsgər yoldaşlarını və özünü asanlıqla qətlə yetirir?

- Bu nifrəti yaradan səbəblərin bəzilərini yuxarıda sadaladım. Ağır durumun, idarəçiliyin problemli, korrupsiya, dedovşinanın olduğu hərbi hissələrdə belə cinayət hadisələri tez-tez baş verir. Bunun məsuliyyətini isə Müdafiə Nazirliyinin rəhbərliyi daşıyır. İlk dəfə deyil ki, orduda belə faciələr olur. Erməni ordusunda bir əsgər qətlə yetiriləndə bizim mətbuat bunu düşmən ordusundakı özbaşnalıq kimi qiymətləndirir, günlərlə təbliğ edirlər. Amma bizim orduda bir əsgər 5-6 nəfəri birdən qətlə yetirir, araşdırma yoxdu. Bu, biabırçılıqdır və ciddi araşdırılmalıdır.
Korrupsiyaya qarşı mübarizənin gücləndirildiyi bir dövrdə Müdafiə Nazirliyinin adı keçən strukturda görün nələr baş verir. Bu nazirliyin fəaliyyəti tədqiq olunmalıdır. Hərbçiyə elə şərait yaradılmalıdır ki, o, işini sevsin. Azərbaycanın ərazisi böyük deyil, ama əsgərin evinə-gedib gəlməsi ciddi problem olaraq qalır. Ordu əsgərlər üçün cəza evinə çevrilib. Nə üçün əsgər həftənin altı-bazar günləri evində yaşamasın? Müdafiə nazirinin çağırışçının qeydiyyatda olduğu rayondan ən azı 100 kilometr aralıda qulluq etməsilə bağlı əmri var. Bu əmr ləğv olunmalıdır.

- nativ hərbi xidmət haqqında qanununun qəbulu, müqaviləli hərbi qulluğun tətbiqi ordunun indiki vəziyyətinə hansı təsiri göstərər?

- Sivil ölkələr insanların zorla hərbiyə aparılmasının məntiqsizliyini çoxdar dərk edib, qayda-qanunları dəyişiblər. Orduda mükəlləfiyyətli sistemə son qoyulmalıdır. Hərbi xidmət müqavilə əsasında olmalıdır. Dövlətin iqtisadi imkanları artdığı üçün artıq peşəkar hərbi sistemə keçidlə bağlı qərar verilməlidir. Əsgərliyə getmək istəməyənlər peşəkarların aylıq maaşlarının iki-üç mislində dövlətə pul ödəməlidir. Hərbçilərin sosial problemləri - məvacib, yemək, içki, tibbi müayinə, məzuniyyət və s. problemlər həllini tapmalıdır. Zabitlər ona görə laqeyd olurlar ki, özlərinə qarşı dövlət tərəfindən biganəlik görürülər.

RUSLAN






21 Fevral, 2011  21:16 Baxılıb: 1491 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



7 Avqust, 2020  14:58





5 Avqust, 2020  14:05


5 Avqust, 2020  09:37


4 Avqust, 2020  16:47




4 Avqust, 2020  10:26

4 Avqust, 2020  09:44


30 İyul, 2020  10:12



28 İyul, 2020  10:55





24 İyul, 2020  14:57




23 İyul, 2020  17:42



23 İyul, 2020  14:52



23 İyul, 2020  09:12

23 İyul, 2020  09:07










22 İyul, 2020  10:17

21 İyul, 2020  16:43

sagbanner