Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Haaqada Sülh Sarayının qarşısında çadırlar qurulacaq

Dünyanın 40 şəhərində Xocalı ilə bağlı tədbirlər keçiriləcək

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) baş katibi, fövqəladə və səlahiyyətli səfiri Elşad İskəndərov “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində Xocalı faciəsinin 19-cu ildönümü münasibətilə xarici ölkələrdə keçiriləcək tədbirlərlə bağlı mətbuat konfransı keçirib. 

Simsar.az-ın verdiyi məlumata görə, Elşad İsgəndərov deyib ki, “Xocalıya Ədalət” Kampaniyası çərçivəsində 24 fevral - 1 mart tarixlərində dünyanın 40-a yaxın ölkəsində Xocalı qətliamının anım mərasimləri və məlumatlandırıcı tədbirlər həyata keçiriləcək. 

Bu tədbirlərin əsas məqsədi dünya ictimayətinin diqqətini Xocalıda azərbaycanlılara qarşı törədilmiş qətliama cəlb etməkdir. O qeyd edib ki, fevralın 24-də Londonda Böyük Britaniya Parlamentinin Lordlar palatasında Kanadalı akademik, jurnalist, Xocalı faciəsini araşdırmış Scott Taylorun və Lord Laird kimi əsas çıxışçıların iştirakı ilə konfrans olacaq. Fevralın 25-də İKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş Əlaqələndricisi Leyla Əliyevanın təşkilatşılıqı ilə “Radisson Royal” otelində “Xocalıya Ədalət” Kampaniyasının anım mərasimi və Robert Arakelovun “Erməni ziyalısının etirafları” («İspovedğ armənskoqo intelliqenta») kitabının təqdimatı keçiriləcək, kampaniya saytının yeni versiyasının təqdim ediləcək.

Fevralın 26-da Berlində Bundestaqın sabiq üzvü E.Lintnerin rəhbərlik etdiyi “Alman-Azərbaycan əlaqələrinin inkişafı cəmiyyəti”nin təşkilatçılığı ilə Almaniya Bundestaqının binasında Xocalı faciəsinin 19 ildönümünə həsr edilmiş konfrans keçiriləcək. Bundan əlavə, “Berlin Classic Players” orkestri “Berlin Filarmoniyası”nda klassik konsert proqramı ilə çıxış edəcək. Tədbirin təşkilatçıları “Xocalıya Ədalət” Kampaniyası və Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzidir. Fevralın 26-da Vilnüsdə də Xocalıya Ədalət” Kampaniyasının Litvadakı təmsilçisi Eva Lukasın, Litva seyminin deputatı Mantas Adomentasın təşkilatçılığı ilə Litva Seyminin Konstitusiya zalında konfrans keçiriləcək Konfransda Litva seyminin deputatları, jurnalistlər və ictimai xadimlər iştirak edəcəklər. Həmin gün Haaqada Sülh Sarayının qarşısında “Xocalıya Ədalət” Kampaniyasının fəalları tərəfindən çadırlar qurulacaq və gün ərzində Xocalı ilə bağlı insanlara məlumat verməklə yanaşı, petisiyaya imzalar toplanacaq. Bundan başqa Paris, Buenos-Aires, Mexiko, Sofiya, Brüssel, Batumi, Ottava, Yekaterinburq, Təbriz və dünyanın digər aparıcı şəhərlərində kampaniya çərçivəsində müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır.

Kampaniyanın daha da təkmilləşdirilmiş saytında (www.justiceforkhojaly.org) həyata keçirilən beynəlxalq petisiyaya imza toplama aksiyası ABŞ Prezidenti və Konqresi, Avropa Birliyi və Avropa Parlamentinə, Avropa Şurası Baş Katibi və Parlament Assambleyasına yönəlib. İmza toplama kampaniyasına beynəlxalq səviyyədə geniş ictimai marağın yaradılması üçün və imza atanların dairələrinin genişləndirilməsi məqsədilə müxtəlif təbliğatı tədbirlərin həyata keçirilməsi və əyani vəsaitlərdən istifadə etmək nəzərdə tutulur.


Elşad İskəndərov onu da bildirib ki, 2011-ci ildə ilk dəfə olaraq dünyanın 30 aparıcı universitetində, o cümlədən Mançester Universiteti, Hyuston Universiteti, Florida Universiteti, Linkopinq Universiteti, Berlin Universiteti və Potsdam Universitetində Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılmasına dair beynəlxalq konvensiyanın qüvvəyə minməsinin 60-cı ildönümünə və Xocalı qətliamının 19-cu ildönümünə həsr edilmiş FM tipli (flashmob) dinc tələbə aksiyaları təşkil ediləcək. Aksiyalarda petisiyaya imzalar toplanacaq.

Bəzi ölkələrdə eyni zamanda bir necə şəhərdə silsilə tədbirlərin keçirilməsi də nəzərdə tutulur. Türkiyədə 7 universitetdə flashmob tipli aksiyalar keçiriləcək. Ukraynada da silsilə tədbirlər təşkil olunacaq. Kiev, Nikolaev, Simferepol, Dnepropetrovsk, Donetsk, Xarkov şəhərlərində “Xocalıya Ədalət” Kampaniyası və Ukrayna Azərbaycanlıları Gənclər Təşkilatının təşkilatçılığı ilə seminarlar, toplantılar və rəsm sərgilərin hazırlanması, petisiyaya imza toplama aksiyalarının keçirilir. Kiyevdə beynəlxalq təşkilatlar önündə avtoaksiya, 613 şarın göyə buraxılması və rəsm sərgilərinin təşkili planlaşdırılıb.

























21 Fevral, 2011  19:43 Baxılıb: 1448 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner