Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Polis dindarlara şər atıb

Vəkil belə iddia edir

Gəncə şəhərində həbs edilmiş dindarlar İlyasov Fəxri Həsən oğlunun və Cəbiyev Azər Arif oğlunun müdafiəçisi Elçin Namazov insan haqları ilə məşğul olan QHT-lərin rəhbərlərinə müraciət ünvanlayıb. 

Bunu Simsar.az-a vəkil Elçin Namazov bildirib. Vəkil bildirib ki, həmin müraciətdə qanunsuzluq haqqında geniş məlumat verdiyini deyən vəkil həbs olunan ruhanilərə saxlanmalarının və polisə gətirilmələrinin səbəbləri barədə heç nə deyilmədiyini bildirib: “Fəxri İlyasov polis bölməsinə gətirildikdən sonra otaqlardan birinə salınmış və polis əməkdaşı tərəfindən yaxasından tutularaq, dartışdırılıb. Daha sonra onun polisə heç bir fiziki güc tətbiq etmədiyini görüb, yerə yıxıblar. F. İlyasov yerə yıxılan kimi otaqda olan digər polis əməkdaşı stolun üstündə olan avadanlıqları yerə dağıdıb. Bu zaman bayırda əvvəlcədən təlimatlandırılmış polislər içəri giriblər. Buna görə F. İlyasov 16 yanvar 2011-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq, 18 yanvar 2011-ci ildə barəsində polisə zorakılıq etməsi və qərəzli xuliqanlıq hərəkətləri etməsi ittihamı ilə AR Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə qərarı verilib. Həmin gün məhkəmə qərarı ilə barəsində həbs qəti-imkan tədbiri seçilib. İş üzrə bütün şahidlər və zərərçəkmişlər polis işçiləridir”.

Müraciətdə həmçinin digər həbs olunan Azər Cəbiyev də eyni ssenari ilə həbs olunduğu deyilir : “Azər Cəbiyev Gəncə Şəhəri Nizami Rayon Polis Şöbəsi rəisinin otağına gətirilərək, gözü qarşısında otaqda olan avadanlıqlar yerə dağıdılıb. Daha sonra polislərdən biri əlini hansısa formada cızaraq, A. Cəbiyevin gözü qarşısında digər polislərə göstərilib ki, baxın bu da xəsarət. A. Cəbiyev təəccüblə baş verənlərə baxsa da, bunun ənənəvi polis qurması olduğunu düşünmüş və polisi qınayaraq, etirazını bildirib. Lakin tapşırıq icra olunmalı olduğu üçün “baş verənlər” sənədləşdirilmiş və A. Cəbiyevə də eyni maddə ilə cinayət işi başlanılıb”.






21 Fevral, 2011  15:55 Baxılıb: 1607 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner