Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Fars şovnizmi türklərin “Ana dili” haqqını tanımır

VHP bəyanat yayıb

Vətəndaş Həmrəyliyi Partiyası 21 fevral Ümumdünya Ana dili Günü münasibəti ilə bəyanat yayıb. Bəyanatda bildirilir ki, İranda yaşayan və sayları ökə əhalisinin yarıdan çoxunu təşkil edən Azərbaycan türklərinin bir məktəbi belə, yoxdur: “Düz 85 ildir İran adlanan yerdə qeyri-fars millətləri ən ibtidai hüqüqlarından, o cümlədən ana dilində təhsil almaq, mətbuat vasitələrindən yararlanmaq, dil və mədəniyyətinin inkişaf etdirmək üçün hansısa mədəni tədbirlərini keçirməkdən məhrum edilib. Ana dili haqqı uğrunda mübarizədə həbs olunan, sürgün edilən, zindanlarda çürüdülən, öldürülən soydaşlarımızın sayı minlərlədir”. 
Bəyanatda vurğulanır ki, hər bir insanın öz ana dilində danışması, yazıb-oxuması onun haqqıdır. Fars şovinizmi bu haqqa qarşı çıxır: “Xalq həm də Xaliq sözündəndir, Xalqa verilən zülm Xaliqə, Allaha asi olmaqdır. Fars şovinist rejiminin din pərdəsi altında törətdikləri yalnız milli haqlara, insanların doğal azadlıqlarına qarşı yönəlməyib. Bu həm də İnsan, Millət, Bəşər haqlarına qarşı yənələn allahsizlq sistemidir”.
VHP olaraq, fars şovinist rejiminin çirkin siyasətini pisləyir və ən yaxın zamanda Azərbaycan Türklərinin də fəal iştirakı ilə sivil dünya üçün utanc gətirəcək bir rejimin yer üzündən silinəcəyinə inanırıq.
Simsar.az






21 Fevral, 2011  15:23 Baxılıb: 1465 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner