Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

TBMM: uzun fasilədən sonra deputatlığa erməni namizədi

Türkiyənin əsasən Kürd əhalisi tərəfindən dəstəklənən Barış və Demokratiya Partiyası iyunun 12-də keçiriləcək parlament seçkilərində erməni mənşəli bir şəxsin namizədliyini irəli sürməyi planlaşdırır.

Simsar.az xəbər portalı BBC-yə istinadən bildirir ki,  bəzi ziyalılar partiyanın sədri Səlahəddin Dəmirtaşla görüşərək, İstanbuldakı seçki dairələrinin birindən erməni mənşəli şəxsin namizədliyinin irəli sürülməsini təklif ediblər.
Təklifə müsbət yanaşan Dəmirtaş isə məsələni partiyanın Mərkəzi İcra Komitəsinin müzakirəsinə çıxardı.

Toplantıda partiyanın namizədlər siyahısına Türkiyədə yaşayan etnik qrupların nümayəndələrinin də daxil edilməsinə dair qərar qəbul edilib.

Namizədlərin adının hələ müəyyənləşmədiyi bildirilir.
İngilis dilində çıxan “Hürriyyət Deyli Nyus” qəzeti isə yazır ki, ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyası da erməni milliyətindən olan şəxslərə bu partiyadan millət vəkili seçilməsini təklif edib.

Qəzetin məlumatına əsasən, indiyə qədər müxtəlif partiyaların namizəd kimi göstərilməsi planlaşdırılan erməni əsilli vətəndaşların sayı 5-ə çatıb.

Belə şəxslərdən biri olan erməni mənşəli Arev Cebeci isə bu planların reallaşacağına çox da inanmadığını bildirib.O, qeyd edib ki, özünün namizədləyinin irəli sürülməsi məsələsində təkid edəcək.

“Mənim məsələm bir növ meydan oxumaqdır. Bununla da siyasi partiyaların verdikləri sözə uyğun hərəkət edib etməyəcəklərini görəcəyik”, - erməni  Arev Cebeci deyib.

Bəzi müşahidəçilər hesab edirlər ki, siyasi partiyaların erməni namizədlərə yönəlməsi sayıları dəqiq məlum olmasa da, Türkiyədə uzun illərdir firavan yaşayan ermənilərin səsini qazanmaq məqsədi güdür.

Lakin, analitiklər, bu təşəbbüsün necə nəticələnəciyini proqnozlaşdırmaqda çətinlik çəkirlər. Ümumiyyətlə Türkiyə Böyük Millət Məclisinin tərkibində 1960-cı ilə qeyri-müsəlman millət vəkilləri olub.

Həmin dövrdən sonra isə 1999-cu ildə Yahudi mənşəli bir şəxs millət vəkili seçilib.

İyun seçkiləri nəticəsində bəzi siyasi partiyaların “erməni namizədlər” layihəsi gerçəkləşərsə, yarım əsirlik fasilədən sonra ilk dəfə erməni mənşəli şəxslər Türkiyə parlamentinə daxil ola biləcək.






21 Fevral, 2011  13:45 Baxılıb: 1489 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner