Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Müəmmər Qəddafinin oğlu müxalifəti dialoqun başlamasına çağırıb

Liviya başçısı Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam müxalifətə artıq bazar ertəsindən demokratik islahatlara dair dialoqa başlamaq təklif edib.

Bunu o, Liviyanın dövlət televiziyasında çıxışında deyib. "Biz Liviyada görünməmiş islahatların həyata keçirilməsi şansından istifadə etməliyik" deyə Seyf əl-İslam bildirib.

Onun sözlərinə görə, ölkənin bütövlüyü və hətta mövcudluğuna təhlükə yaranıb.

Seyf əl-İslam onu da qeyd edib ki, Liviya ordusu Müəmmər Qəddafini qanının son damlasına qədər müdafiə edəcək.

Liviyanın əyalətlərində fevralın 15-dən Qəddafi və digər yüksəkvəzifəli məmurların istefası tələbilə etiraz aksiyaları davam edir. Associated Press agentliyinin məlumatına görə, polis tərəfindən ən azı 200 nəfər etirazçı öldürülüb.






21 Fevral, 2011  13:23 Baxılıb: 1553 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner