Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azərbaycan ABŞ üçün cox vacib tərəfdaşdır – Brayza

Azərbaycan enerji təhlükəsizliyi və beynəlxalq terrorizmə qarşı mübarizədə ABŞ-ın vacib və strateji tərəfdaşdır

Bu barədə ABŞ-ın Azərbaycandakı yeni səfiri Metyu Brayza İctimai kanala açıqlamasında bildirib.

Simsar.az xəbər verir ki, Metyu Brayza Azərbaycanın bu istiqamətdə səylərini yüksək qiymətləndirib. “Bizim enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq mövqelərimiz cox güclüdür. Əsas məqsəd Azərbaycanın enerji daşıyıcılarını Avropaya və dünya bazarına çixarmaqdır. Bu həm Azərbaycanın həm də bizim avropalı partnyorlarımızın marağına uyğundur”, - diplomat deyib.

Diplomat həmçinin qeyd edib ki, Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə də ABŞ ücün vacib tərəfdaşdır. “Bu prosesdə Azərbaycan etibarlı tərəfdaş, hətta müttəfiq kimi çıxış edir və biz buna görə Azərbaycan hökumətinə minnətdarıq”, diplomat qeyd edib.

Metyu Brayza həmçinin bəzi ermənipərəst senatorların onun Azərbaycana səfir təyin edilməsinə mane olmaq cəhdinə də toxunub. “Obama Bakıya səfir göndərilməsi barədə özü qərar verdi. Və prezidentin bu prinsipial qərarı Azərbaycan-ABŞ münasibətlərinin digər məsələlərdən üstün tutulduğunun göstəricisidir”, - diplomat vurğulayıb.






20 Fevral, 2011  16:30 Baxılıb: 1353 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14




sagbanner