Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Oqtay Əliyev də Elçin Əlibəylidən danışdı

“Elçin ATV-dən mənə görə getməyib, akademik məzuniyyətdədir. May ayından telejurnalist fəaliyyətini davam etdirmək niyyətindədir. O ki qaldı ”SOY"un ATV ilə əməkdaşlığına, mənim verilişim ATV-də bu gün də nümayiş olunur. “SOY” müstəqil şirkətdir, istənilən telekanalla əməkdaşlıq edə bilər. Bizim bu telekanalla münasibətimizin korlanması cəfəngiyyatdır".

Bunu “Yeni Müsavat”a açıqlamasında “SOY production”un vitse-prezidenti Oqtay Əliyev bildirib. Qeyd edək ki, ATV telekanalının keçmiş bədii rəhbəri Elçin Əlibəylinin işdən azad olunmasında qardaşı Oqtay Əliyevlə ATV rəhbərliyinin münasibətlərinin pozulmasının da rol oynadığı ehtimal edilir. Münasibətlərin pozulmasına isə “SOY”un başqa telekanalla əməkdaşlıq niyyətinin səbəb olduğu bildirilir.
Xatırladaq ki, E.Əlibəyli “Yeni Müsavat”a ATV-dən uzaqlaşdırılmadığını və elmi fəaliyyəti ilə əlaqədar akademik məzuniyyətə buraxıldığını bildirib. Qardaşının fikirlərini təsdiqləyən O.Əliyev “SOY” şirkətinin bundan sonrakı fəaliyyətindən də danışdı və bildirdi ki, yeni layihələrini ATV vasitəsilə reallaşdırmaq niyyətindədir: “Yeni layihələr üzərində işləyirik. Apreldən etibarən telekanallarda verilişlərin tamaşaçıları azalır. Əgər bu mövsümə çatdırsaq, yeni verilişimiz efirə çıxacaq, əks təqdirdə sentyabra qalacaq. Yeni serial çəkilişinə də başlamışıq. Təbii ki, bunlar ATV-də nümayiş olunacaq. Digər tərəfdən, başqa telekanallarla əməkdaşlığımız da istisna deyil”.
Onu da bildirək ki, E.Əlibəylinin bir tədbirdə “Sarı gəlin” mahnısını erməni dilində zümzümə etməsi də mətbuatın gündəmini məşğul edən mövzulardan biridir. E.Əlibəylinin yaxın qohumu, aktrisa Dilarə Əliyeva onun müdafiəsinə qalxaraq “Elçini günahlandıran insanlar onunla debata gəlsinlər” deyə lent.az-a açıqlamasında çağırış edib: “Heç kim yazmır ki, Elçin məclislərin birində ”Sarı gəlin"i ermənilərin necə təhrif etdiyini deyib. Elçin deyib ki, ermənilər onlarda muğam olmaya-olmaya bizim “Sarı gəlin” mahnısını götürüb bəsit cümlələrlə bayatı halına salıb və “Sarı gəlin” mahnısını oxunanda bu mövzuya toxunub. Bunu da bu şəkildə qələmə veriblər, əvvəlini-axırını silib, ortadan çıxarış edib, mətbuata bu şəkildə sızdırıblar. Bunu nə qohumu kimi, nə yaxını kimi demirəm. Bir vətəndaş kimi, onunla bir evdə yaşayan insan kimi deyirəm ki, onu günahlandıran insanlar Azərbaycan tarixini ən azı Elçin qədər mükəmməl bilsin. Əlbəttə ki, erməniyə elə öz dilində cavab vermək lazımdır".
D.Əliyeva qaynının haqlı tənqidlərə görə hədəfə məruz qaldığını bildirib.






20 Fevral, 2011  16:24 Baxılıb: 1851 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner