Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Türkiyə jurnalistləri Qənirə Paşayeva ilə görüşüblər

Bu günlərdə Azərbaycanda səfərdə olan Türkiyənin TRT kana¬lının əməkdaşları və bir qrup jurnalist millət vəkili Qənirə Paşa¬yeva ilə gö¬rüşüb. APA-nın xəbərinə görə, jurnalistlər bildiriblər ki, səfərlərində əsas məq¬səd, Dağlıq Qarabağ münaqişəsi və ümu¬miyyətlə, Azərbaycan həqi¬qətləri barədə televiziya proqramı və sə¬nədli film çəkmək, habelə, nüfuzlu mətbuat orqanlarında yayım¬la¬nacaq məqa¬lə¬lər hazırlamaqdır.

Millət vəkili Azərbaycan həqiqətlərini sənədli filmlər və proq¬ramlar vasitəsi ilə qardaş Türkiyə ictimaiy¬yətinə daha geniş miq¬yasda çat¬dırılmasının çox vacib olduğunu vurğulayıb.
Q. Paşayeva jurnalistlərə Ermənistanın, işğal altında saxladığı Azər¬baycan torpaqlarında törətdiyi vandalizm aktları, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri və qəbir¬istanlıqları dağıtmaları, Xocalı soyqırımı da daxil olmaqla dinc azər¬baycanlılara qarşı törədilən soyqırım aktları, həmçinin, 1 milyon azər¬bay¬canlı qaçqın və məcburi köç¬künün öz yurd-yuvasına dön¬mə¬sinə imkan verilməməsi barədə ətraflı məlumatların əks olunduğu müsahibə verib.
Jurnalistlərə Azərbaycan həqiqətlərinə dair çoxlu sayda kitab, sənədli film və videomateriallar təqdim edən millət vəkili Qənirə Paşayeva, müsahibəsində, Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasını tələb edən beynəlxalq təşkilatların qətnamə və sənədləri barədə də onları məlumatlandırıb.
Millət vəkili Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiy¬yətə daha geniş çatdırılması istiqamətində prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gördüyü işlərdən də danışıb.
Sonra millət vəkili jurnalistləri Ermənistanın işğal etdiyi Azər¬baycan torpaqlarında törədilmiş soyqırım və vandalizm aktlarının canlı şahidləri olmuş, ev-eşiklərini itirmiş qaçqın və məc¬buri köçkünlərlə görüşdürüb.
Jurnalistlər millət vəkilinə sənədli filmin və proq¬ram¬ların mümkün olan ən qısa zamanda araya-ərsəyə gətirə¬cəklə¬rini və yayımını təşkil edəcəklərini bildiriblər.
Qeyd edək ki, bu silsilədən ilkin proq¬ramlar və məqalələr artıq yaxın günlərdə nümayiş olunacaq.






19 Fevral, 2011  20:17 Baxılıb: 1436 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner