Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azərbaycanın nümayəndə heyəti ATƏT PA-nın qış sessiyasına yola düşür

ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti vitse-spiker Bahar Muradovanın başçılığı ilə ATƏT Parlament Assambleyasının qış sessiyasında iştirak etmək üçün fevralın 22-dən 26-dək Avstriyanın Vyana şəhərində səfərdə olacaq

Milli Məclisin mətbuat xidmətindən Simsar.az-a bildirilib ki, parlament nümayəndə heyətinə komitə sədrləri Eldar İbrahimov, Rəbiyyət Aslanova, deputatlardan Fəttah Heydərov, Ağalar Vəliyev və Azay Quliyev daxildirlər. Sessiyanın işində 55 ölkədən 250-dək parlamentarinin iştirakı gözlənilir.
Tədbirdə parlamentin vitse-spikeri Bahar Muradovanın başçılığı ilə xüsusi qonaq statusunda TÜRK PA-nın nümayəndə heyəti də iştirak edəcək.
Sessiya zamanı parlament nümayəndə heyəti Demokratiya, insan hüquqları və humanitar məsələlər, Siyasi məsələlər və təhlükəsizlik, İqtisadiyyat, elm, texnologiya və ətraf mühit üzrə üç ümumi komitənin iclaslarında iştirak edəcək. Tədbirlərdə immiqrasiya, inteqrasiya və çoxmilli dialoq, Yaxın Şərqdə, Belorusda vəziyyət, son aylarda Misir və Tunisdə baş vermiş hadisələr barədə müzakirələr aparılacaq.
Səfər çərçivəsində Milli Məclis sədrinin müavini Bahar Muradovanın Avstriya Milli Şurasının sədr müavini Fritz Neugebauer, ATƏT PA-nın Vyanadakı ofisinin xüsusi nümayəndəsi Andreas Notel və bir sıra digər rəsmi şəxslərlə, bu ölkə parlamentinin Azərbaycanla dostluq qrupunun üzvləri, həmçinin avstriyalı deputatlarla görüşləri nəzərdə tutulub. Görüşlərdə parlamentlərarası əlaqələrin inkişafı, regional münaqişələrin həlli və digər mövzularda fikir mübadiləsi aparılacaq.






19 Fevral, 2011  19:51 Baxılıb: 1387 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner