Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Əli Həsənov: “Biz dini işlərə müdaxilə etmirik”

Bu gün Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında “Cəmiyyət və din” mövzusunda dəyirmi masa keçirilib.

Akademiyanın tədris işləri üzrə prorektoru Əlikram Abdullayev mövzunun əhəmiyyəti barədə danışıb. O deyib ki, Azərbaycan cəmiyyət və din münasibətlərinin ən ahəngdar olduğu ölkə kimi tanınır. Onun sözlərinə görə, dünyada dini zəmində son vaxtlar baş verənlərə Azərbaycanın din xadimləri də öz münasibətlərini bildirir və bu fəallıq təqdir olunur. Ə.Abdullayev elm xadimlərinin də üzərinə bu məsləyə dair vəzifələrin düşdüyünü qeyd edib. 



Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov mövzunun Azərbaycan üçün aktuallığını qeyd edib. Ə.Həsənov deyib ki, Azərbaycanın müasir cəmiyyət və din siyasəti bir-biri ilə bağlıdır: “Azərbaycan müsəlman ölkəsidir. Bu baxımdan xalqın əsirlərdən bəri formalaşmış ənənələri və yazılmamış qaydaları müasir dövlət quruculuğunda da nəzərə alınır. Dövlətin üzərinə düşən də budur ki, qanunları həyata keçirməklə yanaşı, əhalinin dini normaları cəmiyyətin həyatında uyğun şəkildə mənimsəməsinə, münasibətlər qurmasına, dini konvensiyaların normal fəaliyyətinə şərait yaratsın. İnsanları inanclı olan ölkədə dövlətin və cəmiyyətin idarəçiliyi də asan olur. Biz dini işlərə müdaxilə etmirik. Amma din cəmiyyətin bir hissəsi olduğuna görə, təkcə kənardan baxmaqla müşahidə də edə bilmərik”.


Ə. Həsənov qeyd edib ki, bütün dövlət tədbirlərində dini konvensiya rəhbərləri iştirak edir. Hətta bəzi məsələlərdə bir-birlərinə yaxından köməklik edirlər.


Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova isə deyib ki, bütün dövlətlərin dinlə əlaqəsi var: “Azərbaycanda müstəqilliyin əldə olunmasının ən böyük uğuru dünyəvi dövlətin qurulmasıdır. Bu gün dünyada dünyəvi dövlətlərdə insanların dinə inamı artmaqdadır. Statistikaya görə, dünyəvi dövlətlərdə əhalinin 80 faizə qədəri dinə etiqad edənlərdir”.


“Dini etiqad azadlığı haqqında” qanunun ilk dəfə Azərbaycanda 1992-ci ildə qəbul edildiyini deyən R. Aslanova deyib ki, bu qanundakı boşluqlar cəmiyyətdə zərərli tendensiyalar yaradıb və ölkəyə çoxlu sayda milli-dini, qeyri-ənənəvi zərərli təriqətlər Azərbaycana gəlməyə başlayıb: “1997-ci ildə isə qanuna dəyişiklik edildi və bununla da zərərli konvensiyaların axınının qarşısı alınmağa başlandı. Azərbaycanda bundan sonra din və dövlət münasibətlərinin yeni modeli formalaşmağa başladı. Bu gün Azərbaycan gerçəkliyindəki model ən mütərəqqi modeldir. Yəni bir konvensiyaya diqqət göstərmək, digərini isə kənarda qoymaq düzgün deyil”.


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib ki, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə dini fəaliyyət sahəsində sabitliyə nail olunması, konvensiyalar arasında dözümlülük mühitinin qorunub saxlanmasında böyük işlər görülüb: “Yüksək tolerantlıq və demokratiya mühitindən istifadə edən bəzi dini qruplar qanunlara zidd metodlarla ölkə vətəndaşlarının etiqad azadlığına müdaxilə etməyə, dövlətin ictimai təhlükəsizliyinə zərər gətirən təbliğat işləri aparırlar. Təəssüf ki, bəzi beynəlxalq təşkilatlar da bu zərərli təsir altına düşürlər. Bu gün Azərbaycanda dindən siyasi məqsədlər üçün istifadəyə, radikallığa cəhd göstərən azsaylı qruplar mövcuddur. Bu əməlləri qətiyyətlə pisləyir və düşünürük ki, belə xoşagəlməz hallara qarşı birlikdə mübarizə aparmalıyıq”.
H.Orucov bildirib ki, dövlət-din münasibətlərində dindən siyasi məqsədlər üçün istifadə heç bir ölkəyə və cəmiyyətə uğur gətirməyib: “Bu məsələlərdə vətəndaşlıq mövqeyi ortaya qoyulmalıdır”.






19 Fevral, 2011  17:28 Baxılıb: 1414 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner