Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

SİMSAR.AZ-ın PARTLAYIŞ XƏBƏRİ DOĞRU ÇIXDI

Rabitə və İnformasiya Texnalogiyaları Nazirliyində baş verən ynğının terakt olması ehtimalı artır  

Simsar.az saytı Rabitə və İnformasiya Texnalogiyaları Nazirliyinin (RİTN) binasında yanğın baş verdiyi zaman güclü partlayış səslərinin eşidilməsi barədə hadisənin səhəri gün məlumat verib. Fevralın 11-dən 12-nə gecə saat 23-24 radələrində RİTN baş verən partlayışın səsi hətta Nizami rayonu ərazisində də eşidilib.  

Rəsmi qurumlar isə hadisə barədə həmin gün çox qısa məlumat verməklə kifayətlənib. Yanğın ərəfəsində partlayışın olması xəbəri də təsdiqlənməyib. Əsas diqqət çəkən məqam agentliklərin yanğın barədə saytlarda yerləşdirdikləri informasiyaları tez bir zamanda yığışdırması olub.

Qeyd edək ki, Səbail rayonu, Zərifə Əliyeva 33 ünvanında yerləşən RİTN-nin binasında baş verən hadisə nəticəsində 50 kvadrat metr sahə yanıb. Bir nəfər xəsarət alıb.

Müsavat.com saytının RİTN-də partlayışın baş verməsilə bağlı dünənki məlumatları Simsar.az-ın yazdıqlarını təsdiqləmiş oldu.
Saytın yazdığına görə, iqtidaryönlü media quruluşunda çalışan müxbirlər hadisə yerindən çəkiliş apararaq, material hazırlasalar da, onu yaymaq imkanından məhrum ediliblər.
«Hakimiyyət adamları bu informasiyanın yayılmasını istəmirlər.
Jurnalist həmkarımızın fikrincə, bu qadağa RİTN-də baş verən hadisənin adi yanğın olmadığı, terakt nəticəsi ola biləcəyinə dair şübhələrə yol açır» deyə məlumatta bildirilir.
Hadisə yerindən çəkilən şəkillər Nazirliyin binasında ciddi hadisənin olduğunu təsdiq edir.

 




RAMİL






19 Fevral, 2011  17:18 Baxılıb: 1218 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
27 Noyabr, 2020  00:28

25 Noyabr, 2020  16:40






18 Noyabr, 2020  12:52



17 Noyabr, 2020  09:39

14 Noyabr, 2020  10:33


















25 Oktyabr, 2020  23:08


24 Oktyabr, 2020  11:14



23 Oktyabr, 2020  11:17
















sagbanner