Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“AZƏRBAYCANI İSTƏMƏYƏN ÖLKƏLƏR ÇOXDU”

Elnur Aslanov terror xəbərlərini 2011-ci ilin Turizm ili elan olunması ilə əlaqələndirir

«Onlar Azərbaycanda sabitliyi pozmaq üçün özlərinin informasiya resursları və təşkilatları vasitəsilə belə şayiələr yayırlar. Bu kimi xəbərlərin 2011-ci ildə Azərbaycanda Turizm ili elan olunmasına təsadüf etməsi göstərir ki, bu cür məlumatlar Azərbaycana qarşı yönələn təxribat xarakterli addımdır». 

Bunu Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov «SalamNews»a müsahibəsində bildirib.

«Son günlər Azərbaycanda terror gözlənilməsi ilə bağlı məlumatlar yayılıb. Sizcə, bu məlumatlar nədən qaynaqlanır» sualına cavab olaraq E.Aslanov deyib ki, Azərbaycanda istənilən xarici vətəndaşın, səfirlərin və bütün xarici şirkətlərin nümayəndələrinin təhlükəsizliyinin təmini üçün hər cür şərait yaradılıb: «Eyni zamanda Azərbaycanda sabitliyin qorunması son illər əldə edilən əsas nailiyyətlərdən biridir. Bu gün ölkədə mövcud olan siyasi və iqtisadi sabitlik Azərbaycanın vizit-kartına çevrilib. Azərbaycanı istəməyən ölkələr çoxdur. Azərbaycan müharibə aparan dövlətdir və təbii ki, bu kimi məlumatların yayılmasının arxasında erməni lobbisi, ermənilərin müxtəlif ölkələrdə olan təşkilatları dura bilər. Müxtəlif vasitələrdən istifadə edərək Azərbaycanda sabitliyi pozmağa və ölkədə yaşayan xarici qonaqları qorxutmağa çalışırlar».

RAMİL






19 Fevral, 2011  16:27 Baxılıb: 1445 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner