Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Polad Bülbüloğlu fəxri akademik oldu

Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Beynəlxalq Mədəniyyət və İncəsənət Akademiyasının fəxri akademiki adına layiq görülüb.

Beynəlxalq İctimai Elmlər Akademiyası, Beynəlxalq Xeyriyyəçilik Akademiyası, Beynəlxalq Mədəniyyət və İncəsənət Akademiyasının I qurultayı çərçivəsində keçirilən tədbirdə səfir Polad Bülbüloğluna beynəlxalq miqyaslı xeyriyyə, mədəni və humanitar layihələrə verdiyi dəstəyə görə akademiyanın fəxri akademiki adı verilib. Azərbaycan səfiri ilə yanaşı İran, Tailand, Tacikistan, Ukrayna və Ekvadorun Rusiyadakı səfirləri də Beynəlxalq İncəsənət və Mədəniyyət Akademiyasının diplom və sertifikatları ilə təltif olunublar.


Səfir Polad Bülbüloğlu jurnalistlərə verdiyi açıqlamada onu bu yüksək adı təqdim edənlərə təşəkkür edib: “Bu akademiya Beynəlxalq Mədəniyyət və İncəsənət Akademiyasıdır. Gördüyünüz kimi burada böyük bir hərəkat var. Bu dünya hərəkatıdır. Bu hərəkatın içərisində olmaq məncə şərəfli və lazımlı bir işdir. Fəxr edirəm ki, Azərbaycan səfiri də belə görkəmli səfirlərin içindədir və bizim ölkəmizi, mədəniyyətimizi və sənətimizi belə yüksək qiymətləndirirlər”.






19 Fevral, 2011  15:32 Baxılıb: 1505 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner