Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İlk müsəlman qadın hökmdar – RAZİYƏ BEGÜM

Hindistanda 800 il əvvəl ömür sürmüş Raziyə Begüm  Türk - İslam tarixinin yeganə qadın hökmdarıdır. Parlaq müvəffəqiyyətləri ilə bərabər səhvləri onun acı sonunu hazırlayıb.


İspaniyadan İndoneziyaya qədər üç kontinentin ərazisində yerləşən bütün müsəlman ölkələrinin ilk müsəlman qadın hökmdarı Dehli sultanı Raziyə xatundur. Atası Dehli Sultanlığının hökmdarı Şəmsəddin Eltutmuş özündən sonra taxtın varisliyini yeganə qızı Raziyə xatına verir. Sultan hakimiyyəti hədd-buluğa çatmış oğulları ola-ola qızına verməsi ilə bağlı ətrafdakıların etirazına cavab olaraq söyləyir ki, oğlanları əksər vaxtını sərxoşluqla və eyş-işrətdə keçirir, onlardan heç biri dövləti idarə etmək səviyyəsində deyil. Raziyə isə hökmdara məxsus ən gözəl keyfiyyətlərə malikdir: cəsur döyüşçü, elm adamlarını sevən, onların qayğısına qalan bir insandır. Ətrafındakılarsa “Həzrət-i Peyğəmbərin” Dövlətin başına bir qadını gətirən millətə nicat olmaz” sözünü xatırlatdırlar. Ancaq Eltutmuş bunları dinləmir. "Mənim oğullarım zövqlərinə düşkündür. Heç birində məmləkət idarə edəcək qabiliyyət yoxdur. Raziyə qadındır, amma zəka və bəsirət baxımından qardaşlarının hamısından üstündür” – deyib.


1236-ci ildə Eltutmuş vəfat edir. Öləndən sonra vəzirlər Raziyəni hakimiyyətə gətirmək istəmirlər. Eltutmuşun oğlu Firuzşah sultan elan olundu. Firuzşah nəzakətli, comərd, lakin bədxərc idi. Fil üzərində küçələrdən keçərkən sağa sola qızıl saçardı. Vəzir nəsihətlərini dinləməzdi. Firuzşahın anası, oğlunun səltənətini zəmanətə almaq üçün, Raziyə ilə eyni anadan doğulan oğlu Qutbəddini öldürtdü. Raziyəni də qətlə yetirmək istəyən qadına xalq və bəzi bəylər etiraz edərək, sultanın anasını həbs etdilər. Bu böhrandan istifadə edən Raziyə məmləkəti yalnız özünün xilas edəcəyinə dair vəzirləri inandırır və sonra taxta keçir. İlk işi isə Firuzşah və anasını öldürtmək olur.


Hakimiyyəti dövründə ilk üsyan


Raziyə xatun taxta çıxar-çıxmaz üsyanla qarşılaşır. Şiə müsəlmanlar Dehlinin məşhur Cümə Məscidinə basqın edib, müsəlmanları qətlə yetirirlər. Raziyə Begüm usta siyasəti ilə şəxsən hərəkətə keçib üsyanı yatırmağa müvəffəq olur. Ancaq bəylərin bir qismi onu tanıyıb, müqavimət göstərirlər. Lakin Raziyə Begüm üsyanı yatıra bilir. Beləliklə, Hindistandakı məhəlli hökmdarlar Raziyə Begümə itaət edirlər. Raziyə Begüm bu dəfə hindlilərin əhatə etdiyi Bedenpur üzərinə gedir və buradakı müsəlmanları xilas edir.
Hakimiyyətə tamamilə sahiblənən Raziyə xatun hamının unutmuş olduğu, yaxud qardaşının hökmdarlıq etdiyi dövrdə əməl olunmayan Şəmsiyyə sülaləsinin ənənələrini və qaydalarını bərpa edir və məhkəmə işlərini öz əlinə alır. Onun hökmdarlığının ilk illərində çıxarılan sikkələrdə o, «Umdat annisvan mələkə – i zaman sultan Raziyyə binti Şəmsəddin Eltutmuş» («Qadınların həmdəmi, dövrünün hökmdarı sultan Raziyə, Şəmsəddin Eltutmuşun qızı») titulunu həkk etdirməyi əmr edir. Demək olar ki, dörd il (1236-1240) o, rəsmi və faktiki olaraq böyük bir ölkəni idarə edir. O güclü bir dövlət başçısı idi.


Raziyə Begüm sakitliyi təmin edir, taxta özünə yaxın bildiyi şəxsləri gətirir. Həbəş əsilli İmrahor Yaqut xatun ən yaxın adamı olur. Bu isə bəylər arasında narazılığı artırır. Qadın paltarları geyinmədiyi, kişi kimi cübbə geyinib üzü açıq bir şəkildə filə minərək xalqın arasında gəzdiyi üçün Raziyə Begümü tənqid edirdilər. Buna görə ona qarşı müxalif qüvvələr yayılmağa başlayır. 1240-cı ildə sultan Raziyə taxtdan salındı və qalada dustaq edildi. Qurulan plana əsasən öncə türk bəyləri Yaqutu öldürürlər, sonra isə Raziyə Begümü isə həbs edirlər. Yerinə qardaşı Bəhramşah Dehli Sultanlığının başına gətirilir. Raziyə Begüm isə qalada məhbus olarkən gözəlliyi ilə təsiri altına aldığı bəylərdən Məlik Altunayla evlənir. Onun populyarlığı ikinci dəfə Dehli Sultanlığına sahib olmaq məqsədi ilə ətrafında özünə həmfikirlər toplamağa imkan verir. Amma yenidən sultan olmaq cəhdi baş tutmur. Əri sayəsində xalqdan ətrafına çəkdiyi könüllülərlə Dehliyə hücum etsə də, döyüş zamanı məğlub olur. Əri Məlik Altunay ölür. Ətrafındakılarsa qaçaraq, onu tərk edir.


Kihtel yaxınlarında səhrada tək yorğun, ac və susuz bir hala düşür. Yorğunluğun təsiri ilə yatır. Üzərindəki qiymətli paltarlara tamah salan kəndli, Raziyə Begümü öldürüb bir tarlaya basdırır. Sonradan vəziyyət aydın olur. cəsəd diaqnoz edilib dini mərasimlərə uyğun olaraq, eyni yerdə basdırılır. Üzərində məqbərə ucaldılır. Onun məqbərəsi isə müqəddəs yerə çevrildi.


Sadalanmış hərbi və inzibatçılıq xüsusiyyətlərindən savayı, sultan Raziyə həm də poetik qabiliyyəti ilə seçilirdi. Ölümündən sonra onun Şirin Dihləvi və Şirin Quri təxəllüsləri adı altında yazılmış şeirləri qalıb.


Səltənəti 4 il sürən Raziyə Begüm öldürülərkən 31 yaşında idi. Oğlu Seyyid, illər sonra 1299-cu ildə anasının taxtını iddia etdisə, buna müvəffəq ola bilmədi.

Aysel Kərimova






7 Dekabr, 2013  11:18 Baxılıb: 2895 Çap

Bu bölmədə


XƏBƏR LENTİ








10 İyul, 2020  13:32

10 İyul, 2020  11:16

9 İyul, 2020  10:09
















6 İyul, 2020  16:48







2 İyul, 2020  16:06













29 İyun, 2020  15:17




sagbanner