Nazirlər Kabineti “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) kollegiyasının tərkibi haqqında” qərarına dəyişiklik edib.
Bu barədə məlumatı Nazirlər Kabinetindən veriblər.
Belə ki, Nazirlər Kabinetinin 2007-ci il 5 iyun tarixli 90 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik toplusu, 2007-ci il, № 6, maddə 695; 2008-ci il, № 11, maddə 1037) 1-ci bəndinin “Kollegiyanın üzvləri” hissəsində “Tahirli Kamran Elman oğlu” sözləri “İsmayılov Üzeyir Ərəstun oğlu” sözləri ilə, “Paşayev Vaqif Qüdrət oğlu - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müdafiə sənayesinin inkişafı üzrə proqramların və dövlət sifarişlərinin formalaşdırılması şöbəsinin müdiri” sözləri "Əliyev Məmmədsaleh Bayraməli oğlu - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müdafiə təyinatlı məmulatların yaradılması şöbəsinin müdiri” sözləri ilə, “Əliyev Zakir Yunsur oğlu - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin ikili təyinatlı məmulatların istehsalına nəzarət şöbəsinin müdiri” sözləri “Fətəliyev Vəli Muxtar oğlu - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin mülki məmulatların istehsalı şöbəsinin müdiri” sözləri ilə əvəz edilib.