Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

"AZAL" bəyanat yaydı: "Ona fiziki hazırlıq üzrə məşqçi postu təklif olunub"

Son günlər mətbuatda AZAL-ın məşqçilər korpusunda mümkün istefa barədə yazıların getməsi klub rəhbərliyini bəyanatla çıxış etməyə məcbur edib.

“Təyyarəçilər” yaydığı bəyanatda bu və digər məqamlara belə aydınlıq gətiriblər və etirazlarını bildiriblər:

“Mətbuatda guya “Gəncə” ilə 0:0 hesabı ilə başa çatan qarşılaşmadan sonra toplantı keçirildiyi və rəhbərliyin məşqçi heyətinin işindən narazı olduğuna dair xəbərlər dərc olunaraq AZAL-ın məşqçi korpusunun tezliklə işindən azad ediləcəyi iddia edilir. Hətta heç bir mənbəyə əsaslanmayaraq bu xəbərləri yazanlar bir qədər irəli gedərək baş məşqçi Nazim Süleymanovun Elxan Abdullayevlə əvəzlənəcəyini “proqnozlaşdırır”.

AZAL PFK olaraq jurnalistlərin informasiya əldə etmək hüququna hörmət etdiyimizi bildirməklə və bu sahənin xüsusiyyətlərini düzgün qiymətləndirməklə yanaşı bu cür əsassız xəbərlərə reaksiya verməyi də özümüzə borc sayırıq. Hər halda məsul oyunlar ərəfəsində komanda və klub daxilində gərginlik yaratmaq istəyən qüvvələrin məqsədini biz də anlayırıq və sözügedən məsələlərlə bağlı rəsmi mövqeyimizi ortaya qoymağı məqsədəuyğun sayırıq.

Biz bəyan edirik ki, “Gəncə” ilə oyundan sonra məşqçilərin istefasının gündəmə gəlməsi ilə bağlı klub daxilində hər hansı bir fövqaladə iclas olmayıb və bu məlumatların haradan götürüldüyünə biz özümüz də təəccüblənirik. Əlbəttə, qarşısına ilk “altılığ”a düşmək məqsədi qoyan AZAL-ın rəhbərliyi, elə komandanın bütün üzvləri də evdə itirilən vacib iki xala görə təəssüflənir və nəticədən narazıyıq. Etiraf edirik ki, “Gəncə” ilə oyunun nəticəsinin məşqçi heyətinin AZAL PFK-dakı gələcəyinə heç bir təsiri yoxdur və Nazim Süleymanovun rəhbərlik etdiyi heyət öz işini davam etdirir. Qarşımıza qoyduğumuz məqsədlərə çatmaq uğrunda birgə fəaliyyətimizi davam etdiririk.

Elxan Abdullayevin guya AZAL-a baş məşqçi təyin olunması ilə bağlı xəbər də tamamilə kimlərinsə uydurmasıdı və kökündən yalandı. Bu məsələdə qeyri-müəyyənliyi aradan götürmək və əsl həqiqəti üzə çıxarmaq üçün bildirmək istəyirik ki, bəli, qış fasiləsi ərəfəsində komandanın məşqçisi Novruz Əzimovun AZAL-dan ayrılmasından sonra Elxan Abdullayevə fiziki hazırlıq üzrə məşqçi postu təklif olunub. Ancaq Elxan Abdullayev Qazaxıstan klubundan təklif almasını əsas gətirərək üzrxahlığını bildirdi və bu təklifdən imtina etdi. Bu, AZAL PFK ilə məşqçi Elxan Abdullayev arasında peşəkar məsələlərlə bağlı sonuncu dialoq olub.

Ümumiyyətlə, carı mövsümdə dəfələrlə AZAL-ın ətrafında yalnış informasiya vakuumu yaratmağa çalışıblar. Yaxşı anlayırıq ki, bu, əsasən bizi gözü götürməyən və meydandakı mübarizədə bizə məğlub olanların fəaliyyətidi. Məsul qarşılaşmalar ərəfəsində klub və komanda daxilində atmosferi korlamaq və süni gərginlik yaratmaq istəyənlər əmin olsunlar ki, belə cəhdlər heç bir nəticə verməyəcək. Gündən-günə peşəkarlaşan AZAL öz inkişaf staretgiyasına sadiq qalaraq, bütün onu istəməyənlərə yaşıl meydanlarda qazandığı müsbət nəticələrlə cavab verəcəkdir”.






19 Fevral, 2011  00:25 Baxılıb: 1705 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner