Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İran müxalifəti yeni aksiyanın vaxtını açıqladı

İrandakı “yaşıl hərəkat” qurumlarından olan Ümidin Yaşıl Yolu Koordinasiya Şurası bəyanat yayıb.

Bəyanatda vətəndaşlar 4 gün əvvəl Tehranda keçirilən dinc yürüşdə öldürülən 2 gənc aksiyaçının yeddisini qeyd etmək üçün fevralın 20-də Tehranda və İranın digər şəhərlərində toplantılara qatılmağa çağırılır.

İran müxalifətinin fevralın 14-də Tehranda Tunis və Misir xalqlarının inqilabına dəstək yürüşü qanlı qarşıdurmalarla nəticələnib. Hökumət qüvvələrinin odlu silahdan açdığı atəş nəticəsində 2 aksiyaçı - Tehran İncəsənət Universitetinin kürd tələbəsi Sane Jalə və 22 yaşlı gənc Məhəmməd Muxtari həlak olub.

Bəyanatda Sane Jalə və Məhəmməd Muxtari İrandakı “yaşıl hərəkat”ın şəhidləri adlandırılır: “Dini istibdada qarşı mübarizədə qanı axıdılan bu iki gəncin xatirəsini qeyd etməklə yanaşı toplantılarda azadlıq və insan hüquqları uğrunda mübarizəni davam etdirən və öz mövqeləri üstündə duran “yaşıl hərəkat”ın liderləri Mirhüseyn Musəvi və Mehdi Krrubiyə də dəstək verəcəyik”.






19 Fevral, 2011  00:10 Baxılıb: 1518 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner