Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

«Azərbaycan faciələrinin təqvimi» təqdim olundu

«Qarabağı yenidən qazanmaq üçün dünyadakı hər bir azərbaycanlının Qarabağlı olması lazımdır».

Simsar.az xəbər portalı bildirir ki, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə  tarixçi-tədqiqatçı Nazim Tapdıqoğlunun «Azərbaycan faciələrinin təqvimi» (hər bir azərbaycanlı üçün yaddaş kitabı) kitabının təqdimat mərasimində belə deyib.

Kitabın çox böyük zəhmət hesabına başa gəldiyini qeyd edən millət vəkili, onun başqa dillərə tərcümə olunaraq yayılmasının zəruri olduğunu bildirib. «Bu problemləri sadəcə öz-özümüzə danışaraq həll edə bilməyəcəyik. Biz nəhayət Qarabağa, Xocalıya ədalət istədiyimizi başqa dillərdə danışan insanlara da izah etməyə çalışmalıyıq. Haqlı olduğumuzu bütün dünyaya sübut etməyə özümüzdə güc tapmalıyıq» - deyən A.Mollazadə «Azərbaycan faciələrinin təqvimi»nin yaxın günlərdə virtual kitabxana vasitəsilə bütün İnternet istifadəçilərinə çatdırılacağını bildirib.
Sonra müəllif N.Tapdıqoğlu kitabın ərsəyə gəlməsindən, Azərbaycan xalqının tarix boyu başına gələn müsibətlərdən bəhs edib.

«Mən araşdırma materiallarını qarşıma qoyub kitabı yazanda faciələrin ağırlığına dözə bilmirdim. Uşaqlardan gizlənmək üçün yan otaca keçib ağlayırdım və sakitləşəndən sonra yenidən qələmi əlimə alırdım» - deyə N.Tapdıqoğlu Azərbaycanın tarixində faciənin olmadığı təqvim gününü tapmadığını deyib.

Sonra Xankəndindən olan millət vəkili Flora Qasımova, BDU-nun professoru Şövqi Göyçaylı, yazıçı-publisistlər Oqtay Əliyev, Əlisahib Əroğlu, şair Kərəm Kürqıraqlı, Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev, BDU və Bakı Slavyan Universitetinin təmsilçiləri kitabla, Qarabağ faciələri ilə bağlı fikirlərini bölüşüblər. Qarabağ faciələrinin və Xocalıya ədalət tələblərinin beynəlxalq aləmdə tanıdılması ilə əlaqədar təkliflərini səsləndiriblər.






18 Fevral, 2011  23:56 Baxılıb: 1664 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner