Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şair Əvəz Qurbanlı İstanbulda keçirilən şeir müsabiqəsinin qalibi oldu

Simsar.az xəbər portalının məlumatına görə, Türkiyədə mərhum Azərbaycan şairi Bəxtiyar Vahabzadənin vəfatının 2-ci ildönümünə həsr olunmuş Türk dünyası uluslararası şeir müsabiqəsi yekunlaşıb.

İstanbul Şeir Akademiyasının təşkil etdiyi nüfuzlu müsabiqədə Milli.Az xəbər portalının yazarı, AYB üzvü, şair Əvəz Qurbanlı da qaliblər sırasında olub.

Bütün türkdilli respublikaların qatıldığı yarışmada 118 şairin 200-dən artıq şeiri seçilərək qəbul edilib. İki Azərbaycan şairinin adı isə ilk onluğa düşüb – Əvəz Qurbanlı və Rəsmiyyə Sabir. Ümumi sırada Əvəz Qurbanlı 7-ci, Rəsmiyyə Sabir isə 10-cu yerdə qərar tutub.
Mükafatlar fevralın 18-də - B.Vahabzadənin vəfatının 2-ci ildönümündə İstanbulun Topqapı Kültür Mərkəzində qaliblərə təqdim ediləcək.

Bu barədə danışan Ə.Qurbanlı, nüfuzlu müsabiqədə mükafata layiq görüldüyünə sevindiyini bildirsə də, müəllifi olduğu “Xocalı baharı” adlı şeirinin daha yüksək qiymətə layiq olduğunu deyir: “Əlbəttə, bütün türkdilli ölkələrin iştirak etdiyi müsabiqədə 200-dən artıq şeir arasında 7-ci yer çox yaxşı nəticədir. Əgər indiyədək yazdığım şeirlərdən hər hansı biri bu mükafata layiq görülsəydi, çox sevinərdim. Ancaq hesab edirəm ki, “Xocalı baharı” adlı son şeirim ən azı, onluğun 3-cü pilləsində olmalı idi. Bunu mən yox, həmin şeirlə tanış olan türk və azərbaycanlı filoloqlar deyir. Mən “Xocalı baharı”nı yazandan sonra anladım ki, ömrümdə ən mükəmməl şeirlərimdən birini, bəlkə də birincisini yazmışam”.

Ə.Qurbanlı hesab edir ki, münsiflər onunu şeirinə qarşı ya çox biganə olublar, ya da qərəzli mövqe tutublar: “Yaxın günlərdə hər şey üzə çıxacaq. Belə ki, müsabiqədə iştirak edən bütün şeirlərin bir antologiyada toplanaraq dərc olunması nəzərdə tutulur. O zaman, ilk yerlərin hansı şairlərə və şeirlərə verildiyi məlum olacaq. Bundan sonra, həmin şeirlərlə “Xocalı baharı”nın müqayisəli elmi-bədii təhlilinin aparılması üçün hər iki ölkədən olan mütəxəssislərə təqdim etmək fikrim var”.






18 Fevral, 2011  23:50 Baxılıb: 2316 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner