Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

MÜSAVAT YAP-LA EYNİLƏŞDİRİLDİ

Partiyanın 100 illiyinə dəvət olunmayan sabiqlər tədbirdən heç nə gözləmirlər

Müsavat Partiyasından istefa verən funksionerlər partiyanın 100 illiyinə həsr olunan, sabah Təbriz Kinoteatırında keçirilməsi nəzərdə tutulan tədbirə dəvət olunmayıblar.

Müsavat Partiyası başqanının sabiq müavini Qabil Hüseynli Simsar.az-a açıqlamasında bildirib ki, o, dəvət olunmadığı üçün tədbirə getməyəcək.

«Müsavat Partiyasından çıxanlar müsavatçılıq ideologiyasının daşıyıcısı olaraq qalırlar. Müsavat Partiyası 1911-ci ildə yaradılıb. Əski Müsavat Partiyası ilə bugünki Müsavat Partiyası arasında çox fərq var. Biz də Müsavat Partiyasının 100 illiyini qeyd edəcəyik. Bu barədə öz aramızda müzakirələr aparırıq. 100 illiklə bağlı fərqli tədbir keçirməyi düşünürük. Amma zamanı hələ müəyyənləşdirməmişik» deyə, Q.Hüseynli bildirib.
Sabiq başqan müavini onu da qeyd edib ki, Müsavat Partiyasının sabahkı tədbirindən heç nə gözləmir: «Bu adi tədbirlərdən biridir.
İsa Qəmbər mövcud ictimai-siyasi durum və perspektivlər barədə danışacaq. Sonra da dağılışb gedəcəklər».


Müsavat Partiyasının sabiq funksioneri Adil Qeybulla da tədbirə dəvət olunmadığını bildirib: «Vallah məni dəvət etməyiblər. Dəvət etsəydilər, gedərdim. Təəssüf ki, bu gün müsavatçılıqla Müsavat Partiyası başqa-başqa anlayışlardır. Mənim yolum müsavatçılıqdır».

A.Qeybulla qeyd edib ki, bu gün Müsavat Partiyasında o qədər insan var ki, onların müsavatçılıqla hər hansı əlaqəsi yoxdur: «Hakimiyyəti tənqid edənlərə YAP-çıların münasibəti necədirsə, Müsavat Partiyasında da eynidir. İslahat olunmayan insanların cəmiyyətdə islahat aparmaları mümkün deyil».

Q.Hüseynlidən fərqli olaraq A.Qeybulla bildirdi ki, onun Müsavat Partiyasının 100 illiyilə bağlı nativ tədbir keçirmək fikiri yoxdur: «nativ tədbir keçirməyi əxlaqdan uzaq addım hesab edirəm. Sabahkı tədbirdən də heç nə gözləmirəm. Çünki tədbiri keçirən adamların əksəriyyətinin kimliyi cəmiyyətə bəllidir».

RAMİL






18 Fevral, 2011  22:55 Baxılıb: 1630 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner