Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

4 İCRA BAŞÇISI BARƏDƏ SƏRƏNCAM

Yevlaxın icra başçısı Elmar Vəliyev Gəncəyə icra başçısı təyin edildi, Səlyanın da icra başçısı dəyişdirildi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bu gün imzaladığı sərəncamla Sumqayıt şəhərinin icra hakimiyyətinin başçısı Vaqif Əliyevi vəzifəsindən kənarlaşdırıb. Qaynar.info eksklüziv olaraq xəbər verir ki, prezidentin başqa bir sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov Sumqayıta icra başçısı təyin olunub. Yeni icra başçısını Sumqayıt məmurlarına PA rəhbəri Ramiz Mehdiyev təqdim edəcək.

Vaqif Əliyev isə Mədəniyyət və Turizm nazirinin birinci müavini təyin olunub.

Prezidentin digər sərəncamı ilə Yevlax rayon İcra Hakimiyyətinin başçısı Yelmar Vəliyev Gəncəyə icra Başçısı təyin olunub. Onun birinci müavini isə Yevlaxın yeni icra başçısı olub.

Daha bir sərəncamla Daşkəsən rayonu İcra hakimiyyətinin başçısı Tahir Kərimov Salyan rayonuna icra başçısı təyin olunub.

Yevlax rayon İcra hakimiyyatindəki mənbə əməkdaşımızla söhbətində xəbəri təsdiqlədi.

Bir neçə dəqiqə əvvəl daha iki icra başçısı ilə bağlı informasiya yayılıb. Lent.az prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, İlham Əliyevin sərəncamı ilə Tahir Abuzər oğlu Kərimovun Daşkəsən rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Salyan rayonu İcra Hakimiyyətinin başçısı təyin olunub.

Səlyan rayonunun sonuncu parlament seçkisinə qədər icra başçısı Əliağa Hüseynov olub. Ə.Hüseynov 59 saylı Səlyan  Seçki Dairəsindən deputat seçildiyi üçün başçı vəzifəsindən istefa vermişdi.

Simsar.az






18 Fevral, 2011  22:12 Baxılıb: 1786 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner