Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Rəsulzadə prospektinin adı dəyişdirilib

«Ağcabədi şəhərində Məmməd Əmin Rəsulzadə prospektinin adı dəyişdirilir».

Müsavat Partiyası Ağcabədi rayon təşkilatının sədri Rəşid Nəcəfli bu haqda AzadlıqRadiosuna məlumat verib.

«Rəsulzadənin adına olan prospekt şəhərin mərkəzindədir, iri prospektdir. Üzeyir Hacıbəyov ağcabədili olduğuna görə Məmməd Əmin Rəsulzadə prospektinə onun adını verirlər. Bununla əlaqədar isə bir yerə lövhə də vurulub».

Ağcabədi rayon İcra Hakimiyyətinin şəhər icra nümayəndəsi Nazim Aslanov isə bu məlumatı təkzib edir. O deyir ki, prospektin adı dəyişdirilməyib, belə bir fikir də yoxdur:

«İntəhası, həmin prospektdə yaşayan 50-yə yaxın şəxs ərizələrlə müraciət edib ki, prospektə dahi bəstəkar Üzeyir Hacıbəyovun adı qoyulsun. Elə bir sərəncam olmayıb. Onun dəyişdirilməsi üçün biz gərək rayon icra hakimiyyəti qarşısında vəsatət qaldıraq. Onu da etməmişik hələ».

Prospektə «ÜZEYİR HACIBƏYOV 94» lövhəsinin vurulmasına isə Nazim Aslanovun münasibəti belə oldu:

«Sərəncam verilməyən şey necə vurula bilər?! Mən bu dəqiqə işçiləri göndərərəm, onu oradan çıxardarlar. Heç mənim məlumatım yoxdur. Bank yəqin özbaşına vurub».

Rəşid Nəcəfli isə bu müraciətlər qurama adlandırır:

«Müraciətlər varsa, o, saxta bir şeydir. Gəlib burda sorğu keçirsin, görsün Məmməd Əminə əhali arasında sevgi nə cürdür. Rayon icra hakimiyyətinin qarşısında Məmməd Əminin büstünü götürmüşdülər. Onu basdırmışdılar, uzun axtarışdan sonra onu tapdıq. Yəni rayonda Rəsulzadəyə qarşı bu cür tendensiya var».

Azərbaycan Demokratik Cümhuriyyətinin yaradıcılarından biri Məmməd Əmin Rəsulzadənin Ağcabədi rayon İcra Hakimiyyəti binasının qarşısındakı büstü 9 ildən sonra yerin altından tapılıb.






18 Fevral, 2011  21:27 Baxılıb: 1652 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner