Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Sərxoş gənclər dünya çempionunu öldürdülər

Rusiyanın Sverdlovsk vilayətində ağırlıqqaldırma üzrə SSRİ, Avropa və dünya çempionu Nikolay Qruzdevi qətlə yetirilib.

Simsar.az-ın “İnterfax” agentliyinə istinadən verdiyi məlumata görə, 52 yaşlı Qruzdevin meyiti Berezovski şəhərindəki şəxsi mənzilindən tapılıb. Onun meyitini hər gün evinə gələn anası görüb. Qruzdev əl-ayağı bağlı və başı yarılmış halda döşəməyə uzanmış vəziyyətdə olub. Təcili həyata keçirilən əməliyyat axtarışları nəticəsində qatillər tapılıb. Onlar əvvəllər məhkum olunmuş, 1991-ci il təvəllüdlü Artyom K. və 1992-ci il təvəllüdlü Nikolay B olub. Hər iki şəxs qətl törətdiklərini boyunlarına alıb və həbs olunub. 


Araşdırmalar nəticəsində məlum olub ki, gənclər fevralın 15-də spirtli içki qəbul ediblər. Sonra onlar qəlyanaltı üçün Qruzdevin evinə pəncərədən tullanıblar. Həmin vaxt ev sahibi yatırmış. Oğrular bir parça ət, xiyar bankası və qol saatı götürüblər. Oğurluq etdikdən sonra cinayətkarlar gizləniblər. Lakin bir müddət keçmiş onlar qərara alıblar ki, ağırlıqqaldıranın evində pul və qiymətli əşyalar da tapıla bilər. Bu səbəbdən, oğrular evə qayıdıblar. Onlar idmançının qollarını bağlayıblar və qiymətli əşyaların yerini deməsini tələb edərək, taxta ilə başına zərbələr endiriblər. Qruzdev aldığı zərbələrdən keçinib. Sonradan canilər bildiriblər ki, ağırlıqqaldıranı ölənədək döymək fikirləri olmayıb. Sadəcə, onun belə tezliklə ölə biləcəyini nəzərə almayıblar.


Faktla bağlı “oğurluq” və “Ehtiyatsızlıqdan insan ölümünə səbəb olan sağlamlığa bilərəkdən ağır zərər yetirilməsi” maddələri ilə cinayət işi qaldırılıb.






18 Fevral, 2011  19:59 Baxılıb: 1591 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner